Türkiyədə doktorantura və tədqiqat üzrə təqaüd proqramına sənəd qəbulu aparılır
26.01.2022 /Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsi (YTB) ilə əməkdaşlıq çərçivəsində bu ölkənin ali təhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyə tərəfi üzrə son müraciət fevralın 20-dək aparılacaq.
Proqram barədə əlavə məlumatla Təhsil Nazirliyinin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.