AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Mərakeş yaşıl hidrogen istehsalı üzrə dünyada liderlərdən biridir

21.01.2022 /

Günəş və külək enerjisi istehsalının tərəfdarı olan Mərakeş Krallığı ekoloji təmiz hidrogen istehsalını 2030-cu ilə qədər bu sahədə özünün ən ümidverici hədəflərindən biri kimi elan edib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Bərpaolunan Energetika Agentliyinin (IRENA) “Enerjinin çevrilməsi geosiyasəti: hidrogen amili” adlı hesabatında Mərakeş təmiz hidrogenin əsas istehsalçıları olacaq ölkələrin ilk beşliyinə daxil edilib. Agentliyin hesablamalarına görə 2050-ci ilə qədər dünyada enerji istehlakının 12 faizə qədəri hidrogendən istifadənin payına düşə bilər. Hesab edilir ki, aşağı karbonlu enerjinin bu növü dünya energetikasının landşaftını da dəyişə bilər.

Mərakeş hökuməti “Yaşıl hidrogen üzrə yol xəritəsi” adlı ambisiyalı layihənin ilk təşəbbüskarlarından biridir. Krallıq 2030-cu ilə qədər 4 teravat-saat (TVts) həcmində yerli hidrogen bazarı və 10 TVts gücündə ixrac bazarı yaradılmasını nəzərdə tutur. Bundan ötrü bərpaolunan enerji mənbələri əsasında ümumi gücü 6 Giqavata qədər olan elektrik stansiyası tikilməsi tələb olunur. Bununla əlaqədar 15 mindən çox iş yeri yaradılması planlaşdırılır.

IRENA agentliyinin hesablamalarına görə, Mərakeş Krallığı bərpaolunan enerji mənbələrinin, xüsusən oradakı günəş və külək enerjisinin sanballı potensialından istifadə etməklə ucuz qiymətə yaşıl hidrogen istehsal edə biləcək ölkələrdən biridir. Bundan əlavə, Mərakeş yaşıl hidrogendən istifadənin inkişafı sayəsində enerjinin netto idxalatçısından onun ixracatçısına çevrilməlidir.

Amerikadakı “McKinsey & Company” beynəlxalq konsaltinq firmasının hesablamalarına görə, Mərakeş dünyada yaşıl hidrogenə tələbatının 4 faizinə qədərini təmin edə bilər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat 

azertag.az

 

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта