AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Çəkisizlik şəraitində uzunmüddətli qalma insan beyninə ciddi mənfi təsir göstərir

21.02.2022 /

BKS-də (Beynəlxalq Kosmik Stansiya) çalışmış 12 nəfər astronavtın səhhətlərini müşahidə etdikdən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, uzun müddət ərzində çəkisizlik şəraitində qalmaq sinir hüceyrələrinə və beynin ağ maddəsinə mənfi təsir göstərir. Alimlər güman edirlər ki, bu dəyişikliklər orqanizmin çəkisizlik şəraitində hərəkət etməyə adaptasiyasına ehtiyacdan yaranır. Nəticədə sinir hüceyrələri arasındakı əlaqə strukturunda dəyişikliklər baş verir. Daha əvvəl aparılmış tədqiqatlar artıq təsdiqləyiblər ki, kosmosda uzunmüddətli qalma bel əzələlərini zəiflədir və ürəyə mənfi təsir göstərir. Mars planetinə ola biləcək uzunmüddətli uçuş kosmik şüalanmanın beyin hüceyrələrinə təsiri səbəbilə astronavtların intellektual bacarıqlarını aşağı sala və psixi problemlərin yaranmasına gətirib çıxarda bilər. Astronavtların beyinlərindəki dəyişiklikləri müşahidə etmək üçün mütəxəssislər maqnit rezonans tomoqrafiyadan istifadə ediblər.

Astronavtlar BKS-ə uçmazdan bir neçə gün öncə, Yer kürəsinə qayıdandan dərhal sonra və Yer kürəsinə qayıdandan 7 ay sonra müşahidələrdən keçiblər. Müşahidələr çərçivəsində əldə edilmiş məlumatlar beynin ağ maddəsinin müxtəlif hissələri arasındakı əlaqəni analiz edən xüsusi alqoritmlər vasitəsilə emal olunublar. Mütəxəssislər hüceyrələrin daxilində olan molekulların hərəkət xarakterlərinə əsaslanıblar. Beləliklə alimlər öyrəniblər ki, kosmosda uzunmüddətli qalma öz növbəsində beynin hərəkət bacarıqlarından cavabdeh olan hissələrin əlaqələrini dəyişib. Yer kürəsinə qayıdandan 7 ay sonra da həmin dəyişikliklər qorunub saxlanıb. Alimlər güman edirlər ki, kosmosda uzunmüddətli qalma səbəbilə beyindəki ağ maddənin təsadüfi paylanması nəticəsində bu cür dəyişikliklər baş vermiş ola bilərlər. Hal hazırda alimlər bu məsələdə beynin normal çalışma prosesinin bərpası üzrə strategiyaların hazırlanması ilə məşğul olurlar.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта