AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Akademik Arif Həşimov “Sabahın alimləri” XI respublika müsabiqəsinin bağlanış mərasimində çıxış edib

25.02.2022 /

“Sabahın alimləri” XI respublika müsabiqəsi yekunlaşıb.

Müsabiqənin onlayn bağlanış mərasimində çıxış edən Təhsil naziri Emin Əmrullayev təhsil sistemində mövcud müasir metodlardan danışıb. Şagirdlər arasında elmi axtarışlara marağı olan “gənc alimlər”in gələcəkdə də işlərini müvəffəqiyyətlə davam etdirmələrini tövsiyə edən nazir E.Əmrullayev qalib şagirdləri təbrik edib və onlara uğurlar arzulayıb. O, həmçinin layihələrin işlənməsində şagirdlərə dəstək olan alimlərə və layihələrin qiymətləndirilməsində iştirak edən münsiflər heyətinə təşəkkür edib.

Sonra AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov təbrik nitqi ilə çıxış edib. Akademik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən birini elm və təhsilin inkişafı təşkil edir: “Cənab Prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanın inkişafının əsas strateji hədəflərindən biri intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması və  intellektual insan resurslarının formalaşmasıdır. Bu, son illər qəbul olunan dövlət sənədlərində, strategiya və proqramlarda da geniş şəkildə öz əksini tapıb.  Ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində elm və təhsilin inkişafı onun ana xəttini təşkil edir. Bu prioritetlərdən biri “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”dır. Bu prioritet məhz elm və təhsilin inkişafına əsaslanır. Hazırkı şəraitdə dövlətin qüdrəti intellektual baxımdan rəqabətqabiliyyətli insan resurslarına malik olmaqdan bilavasitə asılıdır”.

Akademik Arif Həşimov artıq ənənə halını almış “Sabahın alimləri” respublika müsabiqəsinin şagirdlərin gələcək inkişafında, onların elmə maraqlarının artırılmasında, müasir təfəkkürlü və yaradıcı gənclərin üzə çıxarılmasında mühüm rol oynadığını, intellektual insan resurslarının yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu deyib.

Müsabiqənin təşkilatçıları sırasında AMEA-nın da yer aldığını bildirən akademik Arif Həşimov Akademiyanın alimlərinin hər il bu müsabiqədə məsləhətçi qismində, eləcə də məktəblilərin mövzu seçimində yaxından iştirak etdiyini diqqətə çatdırıb. Həmçinin vurğulayıb ki, AMEA ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, son beş ildə ali təhsil müəssisələrində yaradılmış “SABAH” qrup­larında təhsil alan 300-dən çox tələbə, ümumilikdə isə 3000-dən artıq uni­versitet tələbəsi Akademiyanın elmi müəssisələrində təcrübə keçiblər: “Ümumiyyətlə qeyd etmək istərdim ki, elm və təhsilin inteqrasiyası Akademiyanın elmi-təşkilati fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Alimlərimiz aktiv pedaqoji fəaliyyət göstərərək ali təhsil müəssisələrində öz bilik və bacarıqlarını gənclərlə bölüşürlər. Akademiyanın elmi müəssisələrində çox sayda baza kafedraları fəaliyyət göstərir. Hesab edirəm ki, bu əlaqələr bundan sonra da daim inkişaf etdiriləcək. Bu mənada “Sabahın alimləri” layihəsi elm və təhsil arasında inteqrasiyanın bünövrəsini möhkəmləndirən bir layihədir. Ümumtəhsil məktəblərində nəzərdə tutulan  “Kiçik Akademiya”ların qarşısında duran əsas məqsəd alimlərlə sıx əlaqələr yaratmaq,  şagirdlərə tədqiqat aparmaq vərdişlərini aşılamaq, elmi bilikləri təqdim etmək bacarıqları formalaşdırmaqdır. Bu günün şagirdləri bizim yeni formalaşmaqda olan gənclərimizdir. Həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin səsi eşidilməsin, fədakar zəhməti, hərarətli nəfəsi hiss olunmasın”.

Akademik Arif Həşimov Azərbaycan gənclərinin uğurlarının təkcə elm və təhsil sahəsi ilə məhdudlaşmadığını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun düşmən üzərində tarixi Qələbə qazanmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində gənclərin mühüm rol oynadığını söyləyib: “44 günlük müharibə ərzində ölkə başçısı tərəfindən qəbul edilən çevik və qətiyyətli qərarlar, atılan cəsarətli addımlar, xalqa edilən möhtəşəm müraciətlər, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə müxtəlif dillərdə verilən düşünülmüş və məntiqli müsahibələr bu qələbənin əldə edilməsində müstəsna rol oynadı. Gənclərimiz həm ön cəbhədə - döyüş meydanında, həm də arxa cəbhədə - informasıya müharibəsində vətənpərvərlik hisslərini bütün dünyaya nümayiş etdirdilər”.

Akademik Arif Həşimov çıxışının sonunda müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə elmimizin və təhsilimizin daha da inkişafına öz layiqli töhfələrini verəcəklərini deyib və onlara uğurlar arzulayıb.

Daha sonra gənclər və idman nazirinin müavini İndira Hacıyevanın təbrik nitqi dinlənilib.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Cari ildə IX-XI siniflərdə təhsil alan 326 şagird 192 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 58-i fərdi, 134-ü isə kollektiv işlənilmiş layihələr olub. Şagirdlər müsabiqəyə riyaziyyat üzrə 21, fizika, astronomiya üzrə 22, kimya üzrə 21, biologiya üzrə 22, tibb və sağlamlıq üzrə 26, ekologiya, ətraf mühitin idarəolunması üzrə 31, kompüter elmləri üzrə 15, mühəndislik üzrə 34 layihə ilə qatılıblar.

Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədilə alimlərdən ibarət münsiflər heyəti təşkil edilib. Münsiflər heyətinin qərarına əsasən, müxtəlif kateqoriyalara aid I, II və III yerlərə 48 layihə üzrə 84 şagird, o cümlədən I yerə 7 layihə üzrə 12 şagird, II yerə 16 layihə üzrə 30 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülüb.

Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları veriləcək.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта