AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

“TEKNOFEST Azərbaycan” çərçivəsində “Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

12.02.2022 /

"TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq "Pilotsuz Uçuş Aparatları" (PUA) müsabiqəsi tələbələr arasında aerokosmik sahəyə və pilotsuz uçuş aparatlarına marağın artırılması, o cümlədən uçuş üzrə fundamental bilik və bacarıqları formalaşdırmaq məqsədi daşıyır.

Məlumat üçün bildiririk ki, "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il 26 - 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən "TEKNOFEST"in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Festivalın ən maraqlı müsabiqələrindən biri də ali məktəb tələbələri üçün nəzərdə tutulmuş PUA yarışıdır.

Sözügedən müsabiqədə tələbələrə həvalə olunan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma sahələrində nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına imkan verəcək.

Müsabiqənin şərtlərinə əsasən, qeydiyyatdan uğurla keçmiş tələbələrdən ibarət komandalar müxtəlif tipli PUA modellərini layihələndirə bilərlər. Komandalar pilotsuz uçuş aparatlarının missiyasını təyin etməkdə tam sərbəstdir. Həmçinin müsabiqə zamanı komandalar dizayn etdikləri PUA modellərini geniş auditoriyaya nümayiş etdirə biləcəklər.

Qeyd edək ki, beynəlxalq tədbir olan PUA müsabiqəsində azərbaycanlı tələbələrlə yanaşı, türkiyəli gənclər də iştirak edəcəklər.

Müsabiqənin Mükafat Fondu I yer üçün 4000 ABŞ dolları, II yer üçün 2000 ABŞ dolları, III yer üçün 1000 ABŞ dolları təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/

Əlavə məlumat əldə etmək üçün:

050 251 40 28

[email protected]

teknofest.az

milli.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта