AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

“Şuşa ili” çərçivəsində FRTEB-in elmi müəssisələrinin qarşısına mühüm vəzifələr qoyulub

28.02.2022 /

AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev FRTEB-in Ümumi yığıncağının onlayn iclasında “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” AR Prezidentinin 5 yanvar 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr haqqında çıxış edib.

“Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmişdir. Strateji mövqeyi ilə seçilən Şuşa tarix boyu dəfələrlə hücumlara məruz qalmış, 1992-ci il mayın 8-də isə Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 28 ildən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şuşanı işğaldan azad etdi və beləliklə, 8 noyabr 2020-ci il tariximizə Zəfər Günü kimi yazıldı”, - deyə R.Əliquliyev bildirib. Alim qeyd edib ki, ölkəmizin mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa şəhərinin Azərbaycanın milli intellektual potensialının inkişaf etdirilməsində xüsusi yeri vardır. Bütün bu məqamları nəzərə alaraq, cənab Prezidentin 2022-ci ili “Şuşa ili” elan etməsi və bununla əlaqədar olaraq Sərəncam imzalaması müxtəlif dövlət orqanları və peşə sahibləri, o cümlədən Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyub.

Akademik “Şuşa İli” ilə əlaqədar olaraq Humanitar Elmlər Bölməsində AMEA-nın digər elmi bölmə və təşkilatlarının təklifləri də nəzərə alınmaqla müvafiq Tədbirlər planının hazırlandığını, AMEA Rəyasət Heyətinin 2 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edildiyini, planın icrasından irəli gələn məsələlərin həllində elmi müəssisələrin yaxından iştirakının zəruriliyini diqqətə çatdırıb.

İclasda sözügedən Tədbirlər planında “Şuşa şəhəri ərazisində radioloji və kimyəvi risklər” mövzusunda elmi konfransın, eləcə də Şuşa şəhərində anadan olmuş görkəmli riyaziyyatçı və fizik alimlərin yubileyləri ilə əlaqədar beynəlxalq konfransların təşkilinin nəzərdə tutulduğu bildirilib. Qeyd edilib ki, Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi, Şuşa şəhəri və ətraf rayonlarda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının həyata keçirilməsi məqsədilə Əşyaların İnterneti əsasında intellektual idarəetmə, monitorinq və nəzarət sistemlərinin yaradılması, o cümlədən Şuşa şəhəri və ətraf kəndlərin orta təhsil məktəblərinin fizika laboratoriyalarının lazımi cihazlarla təmin edilməsi də müvafiq planda yer alan mühüm vəzifələrdəndir.

Akademik R.Əliquliyev “Şuşa İli” ilə bağlı müxtəlif elmi istiqamətlərdə əsaslı tədqiqatların aparılması, bir sıra aktual problemlərin araşdırılması və onların həllinə Azərbaycan alimlərinin töhfə verməsinin vacib olduğunu vurğulayıb. FRTEB-in elmi müəssisələrini “Şuşa İli” çərçivəsində dövlətin elm qarşısında müəyyənləşdirdiyi vəzifə və tapşırıqların icrasında aktiv fəaliyyətə çağırıb.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта