AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

AMEA Rəyasət Heyəti adından 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarının təbriki

08.03.2022 /

Əziz xanımlar!

Sizi, Azərbaycan Milli Elmlər Akademiyasının qadın əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can­­­sağlığı, səadət dolu günlər və Azərbaycan elminin inkişafına yönəlmiş elmi, elmi-təşkilati fəaliyyətinizdə uğurlar arzulayırıq!

Tarixən Azərbaycan cəmiyyətində həmişə qadının xüsusi yeri və rolu olmuşdur. Azərbaycan qadınları əsrlər boyu milli-mənəvi dəyərləri, mental xü­susiy­yətləri qo­ru­yub saxlayaraq ləyaqət və müdriklik etalonuna çevrilmişlər. Möhkəm əqidəyə malik Azər­baycan xanımları özlərinin dərin zəkası və erudisiyası, vətənə məhəbbəti, tü­kən­məz istedadı ilə bu gün Azərbaycan xalqının ictimai-mədəni həyatında fəal iş­ti­rak edir, xalqa və cəmiyyətə fədakarcasına xidmət göstərirlər. İndi Azər­bay­can qa­dını elm, təhsil, səhiyyə, mə­də­niy­yət, dövlət idarəçiliyi sahəsində öz uğur­ları ilə müstəqil Azər­bay­ca­nın inkişafına qiy­mətli töhfələr verir.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan qadınının ictimai-siyasi, elmi-mədəni və humanitar sahədəki aktiv fəaliyyəti, mədəniyyətlərarası dialoq, tolerantlıq, humanizm kimi dəyərlərin təbliği istiqamətində gördüyü işlər Azərbaycan xanımlarının malik olduğu milli və ümumbəşəri dəyərlərin parlaq təzahürüdür.

Bütün digər sahələrdə olduğu kimi, elmi fəaliyyət sahəsində də Azərbaycan qadınları olduqca fəaldırlar. Demək olar ki, elmin bütün sahələrində Azərbaycanın qadın alimləri dünya elminin nailiyyətləri səviyyəsində mühüm uğurlara imza atmışlar. Onlar eyni zamanda, ölkə miqyasında elmi-intellektual biliklərin tədirisi-təbliği işində yaxından iştirak edir, ictimai-siyasi həyatda fəal vətəndaş mövqeləri ilə öndə gedirlər. AMEA-nın qadın alimləri, o cümlədən yüksəkixtisaslı elmi kadrların yetişdirilməsində, elmi idarəçiliyin təşkil olnmasında da fəal iştirak etməklə Akademiyanın həyatında müstəsna rola malikdirlər.

Heç şübhəsiz, Siz xanımlar, bundan sonra da elmimizin inkişafı, gənc alimlər nəslinin formalaşdırılması, mövcud elmi məktəblərin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni elmi biliklərin yaradılması işində yaxından iştirak edərək, Azərbaycan elminin inkişafına öz töhfələrinizi verəcəksiniz.

Əziz xanımlar,

Bir daha Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, dünyaya Sülh, ölkəmizə inkişaf və Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavan həyat diləyir,  gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. 

AMEA-nın Rəyasət Heyəti

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта