Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçən tələbələrlə yekun görüş keçirilib
17.03.2022 /AMEA-nın Radiasiya Problemləri İnstitutunda elmi-tədqiqat təcrübəsi keçmiş Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (AZMİU) “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs magistrları ilə yekun görüş keçirilib.
Görüşdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev tələbələri salamlayıb və istehsalat təcrübəsinin yekunlarına dair fikirlərini bölüşüb.
Daha sonra çıxış edən təcrübə rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov elmi-tədqiqat təcrübəsi müddətində tələbələr üçün yaradılan yüksək səviyyəli şəraitə və göstərilən xüsusi diqqətə görə institut rəhbərliyinə təşəkkür edib.
Sonda magistrların gələcək elmi fəaliyyətləri ətrafında fikir mübadiləsi aparılıb.