AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

AMEA-nın Yüksək Texnologiyalar Parkı “Teknofest Azərbaycan” festivalında yeni texnoloji nailiyyətlər nümayiş etdirəcək

18.04.2022 /

Xəbər verdiyimiz kimi, T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən təşkil olunan “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının 5-ci yubiley tədbiri bu il Bakıda keçiriləcək. 2021-ci ildən festivala qoşulan Azərbaycan həmin il milli pavilyonda 11 yerli şirkət və startapla təmsil olunub.

“Teknofest Azərbaycan” cari ilin 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin türkiyəli tərəfdaşları ilə texnologiya sahəsində fəaliyyət göstərən minlərlə insanı öz ətrafına toplayacaq. “Teknofest Azərbaycan” çərçivəsində müxtəlif müsabiqələr, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku da təşkil olunacaq.

Festival çərçivəsində keçiriləcək sərgidə AMEA üçün geniş pavilyon ayrılıb. Bu məqsədlə Akademiyanın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC də “Teknofest Azərbaycan” çərçivəsində keçiriləcək sərgidə iştirak edəcək.

Bu barədə “Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov ətraflı məlumat verib.

O bildirib ki, sərginin AMEA üçün ayrılmış pavilyonunda “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən hazırlanmış pilotsuz uçuş aparatlarının (PUA) təqdimatı keçiriləcək. Azərbaycanda aqrar sahədə innovasiyaların tətbiqi ilə bağlı görülən işlərdən danışan direktor qeyd edib ki, bu dronlar kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş həllərdir və multi-spektral kameralar vasitəsilə bitki örtüyünün, torpağın öyrənilməsini nəzərdə tutur.

Z.Nəsibov qeyd edib ki, bu həllər fermerlərin müasir innovasiya və texnologiyalardan istifadəsini daha da genişləndirəcək, eləcə də Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin keçirdiyi innovasiya sərgilərində təqdim olunacaq.

“Düşünürük ki, “Teknofest Azərbaycan”da təqdim olunacaq bu layihə müvafiq sahədə tədqiqatlar aparan, bitki və torpaq örtüyünü öyrənən nazirlik və təşkilatların da diqqətini cəlb edəcək və yeni fürsətlər açacaq”, – deyə müəsissənin direktoru vurğulayıb. Onun sözlərinə görə, bu kimi tədbirlər müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssisləri bir araya gətirməklə, ortaq innovativ layihələr həyata keçirməklə yeni həllərin yaradılmasına da böyük töhfələr verəcək.

Direktor bildirib ki, tədbirdə diqqət çəkən digər bir məqam da PUA və “Planer” müsabiqələrinin yalnız tələbələr arasında keçirilməsidir: “Bu, artıq onu göstərir ki, tədbirin təşkilatçıları Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən mütəxəssislərin mövcudluğundan xəbərdardır və sahənin genişlənməsi üçün gəncləri bu işlərə təşviq edir. Eyni zamanda, ümid edirik ki, bu tədbirdən sonra ölkəmizdə yerli istehsal üçün geniş imkanlar açılacaq”.

Z.Nəsibov hazırda AMEA-nın iki institutu ilə PUA-nın hazırlanması, təkmilləşdirilməsi və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı layihələrin davam etdirildiyini bildirib.
science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта