AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Alimlər kosmosun dərinliklərindən gələn sirli radio şüalanmaların mümkün mənbələrini təyin ediblər

21.04.2022 /

Aparılmış yeni tədqiqat onu göstərib ki, məhv olan bəzi planetlər qışqırığa bənzər səs çıxardırlar. Alimlər isə öz növbələrində onları kosmik radio dalğa kimi qəbul edirlər. Çində yerləşən Nankin Universitetinin astronomu Yong-Feng Huang öz həmkarları ilə birlikdə aparmış olduğu tədqiqatın nəticələrini Astrophysics Journal adlı jurnalda dərc edib. Onlar güman edirlər ki, məhv olan planetlər 15 il bundan öncə kəşf edilmiş sürətli radio şüalanmaların (Fast Radio Burst / FRB) mənbəyidirlər. Məlumdur ki, həmin sürətli radio şüalanmalar kosmosun dərinliklərindən gəlib bizə çatırlar. 2007-ci ilə kimi elm sahəsi sürətli kosmik radio şüalanmalar barəsində heç bir məlumata sahib deyildi.

Lakin 2007-ci ildə ilk dəfə olaraq bu cür şüalanma qəbul edilmişdi. Həmin vaxtdan indiyənə kimi alimlər kosmosun dərinliklərindən tez-tez qəbul edilən bu cür şüalanmaların mənbələrini təyin etməyə çalışırlar. Yong-Feng Huang öz yeni tədqiqatında güman edir ki, FRB yüksək sıxlığa sahib neytron ulduzların öz qonşu planetləri ilə qarşılıqlı əlaqələri nəticəsində yaranır. İdeyanın məğzi ondan ibarətdir ki, öz elliptik formalı orbitləri üzrə dövr edən qonşu planetlər ulduza o dərəcədə yaxın məsafədə yaxınlaşırlar ki, qravitasiya gücü sözün əsl mənasında həmin planetləri parçalara ayırır. Bu isə öz növbəsində planetlərin deformasiyasına və onların bəzi hissələrinin ayrılmasına gətirib çıxardır.

Alimlərin sözlərinə əsasən planetlərdən ayrılmış həmin hissələr ulduz küləyi və şüalanması ilə qarşılıqlı əlaqədə olan zaman həqiqətən də güclü radio şüalanmalar yaranırlar. Astronomlar öz nəzəriyyələrini təkrar olunan 2 məşhur radio şüalanma üzərində yoxlayıblar. Birinci radio şüalanma 2016-cı ildə aşkar edilib və o, 160 gündən bir təkrarlanır. İkinci radio şüalanma isə 16 gündən bir təkrarlanır. Alimlər təsdiq ediblər ki, onların nəzəriyyələri təkrar olunan bu FRB-ləri tam şəkildə izah edir. Təkrarlanan radiosiqnalların tezlikləri isə ulduz tərəfindən parçalanan planetin hərəkət etdiyi orbitdən asılıdır. Ulduzun çox güclü qravitasiya cazibəsi planetin hər dəfə yaxın məsafədən keçidi zamanı onun orbitini dəyişə bilir.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта