AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Çin Yer kürəsi üçün təhlükəli asteroidlərin təyini və məhv edilmə sistemini yaradacaq

26.04.2022 /

Çin Yer kürəsini asteroidlərlə toqquşma təhlükəsindən qorumaq üçün yaxın illərdə xüsusi sistem hazırlamağı planlaşdırır. Bu barədə məlumatı Çin Milli Kosmik İdarəsinin (CNSA) rəhbəri Wu Yanhua verib. Onun sözlərinə əsasən CNSA Yer kürəsi üçün təhlükə mənbəyi olan asteoridlərin monitorinqi üçün nəzərdə tutulmuş sistemi 2025-2026-cı illərdə test etməyə çalışacaq. Həmin sistem öz növbəsində asteroidə zərbə endirmək imkanını təqdim edəcək. Zərbə nəticəsində isə bu və ya digər asteroidin trayektoriyasının dəyişəcəyi güman edilir.

Wu Yanhua-nın sözlərinə əsasən bu layihə çərçivəsində təhlükəli asteoridlərin monitorinqi və onlar barəsində məlumatların verilməsi istiqamətində yerüstü və kosmik sistemin yaradılması planlaşdırılır. Bundan əlavə olaraq çinli mütəxəssislər təhlükəli kosmik obyektlərlə toqquşmaların qarşısını alacaq texnologiyaların inkişaf etdirilməsi məqsədini də reallaşdıracaqlar. NASA-nın məlumatlarına əsasən Günəş sistemində təyin edilmiş 1.11 milyon ədəd asteroid mövcuddur. Lakin əslində onların sayları daha çoxdur.

Asteroid ilə toqquşma ən ciddi təbii fəlakətlərdən biridir. Belə ki, asteroid ilə toqquşma nəticəsində olan məhvolma səviyyəsi istənilən digər fəlakət nəticəsində baş verən məhvolma səviyyəsindən daha yüksəkdir. Asteroid ilə toqquşma nəticəsində ola biləcək zərərin səviyyəsi bir sıra faktordan asılıdır. Həmin faktorlardan ən əsasları arasında isə asteroidin sahib olduğu ölçüdür. NASA mütəxəssislərinin fikirlərinə əsasən Yer kürəsi üçün real təhlükə mənbəyi kimi 140 metr və ondan daha böyük ölçülərə sahib asteroidlər çıxış edirlər. Lakin buna baxmayaraq hətta kiçik ölçülü asteroidlər də ciddi problemlərə səbəb ola bilərlər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта