Ali təhsilin doktorantura səviyyəsinə elektron sənəd qəbulu sabah başa çatır
04.05.2022 /Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi sabah yekunlaşır.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, portal.edu.az vasitəsilə həyata keçirilən proses mayın 5-dək davam edəcək.
Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulan ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari və növbəti addımları izləyə bilərlər.
Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, tələbələr müraciət, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən “Şəxsi kabinet”i vasitəsilə məlumat əldə edə biləcəklər.