AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Akademik Rasim Əliquliyev: “Türkiyə və Azərbaycan prezidentlərinin dəstəyi “Teknofest”in əhəmiyyətini göstərir”

23.05.2022 /

“Teknofest Azərbaycan” festivalının Türkiyədən kənarda Azərbaycanda ilk dəfə keçirilməsi Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqət göstərməsindən xəbər verir”.

Bunu “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, AMEA-nın “Teknofest Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, məhz Azərbaycanda İKT sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkə belə bir mötəbər tədbirə ev sahibliyi edir: “Texnologiya sahəsində ən son nailiyyətlərin təqdim olunacağı “Teknofest Azərbaycan” festivalının ölkəmizdə keçirilməsi əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirin ölkəmizdə keçirilməsinə verdiyi böyük dəstək, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Teknofest Azərbaycan”da nəzərdə tutulan iştirakı onun böyük tarixi əhəmiyyətə malik olmasının göstəricisidir. IV Sənaye inqilabının yaratdığı yeniliklər texnoloji cəmiyyətin qurulmasını tələb edir. Məhz bu gün innovativ inkişaf yolunu tutan ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi innovasiyaya meyilli digər ölkələrin də Azərbaycana marağını artıracaq. Həmçinin bir çox transmilli şirkətlərin Azərbaycanı regional mərkəz kimi seçməsi üçün “Teknofest Azərbaycan” unikal imkanlar yaradacaq”.

R.Əliquliyev bildirib ki, AMEA müvafiq elmi müəssisə və təşkilatları tərəfindən mayın 26-29-da “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq sərgidə AMEA-da əldə edilmiş elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək: “Teknofest Azərbaycan”da yüksək səviyyədə təmsil olunmaq məqsədilə müvafiq dövlət qurumları, məsul şəxslər, ayrı-ayrı təşkilatlarla əlaqələr qurulub. AMEA pavilyonda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 5 institutu və Yüksək Texnologiyalar Parkının 5 rezidentinin təklif etdiyi layihələrlə təmsil olunacaq. İşçi qrup mütəmadi olaraq, sərgidə iştirakla bağlı görülən işlərə dair müzakirələr keçirir, monitorinqlər aparır. Sərgidə yer alacaq AMEA pavilyonunun strukturunun və konsepsiyasının müəyyənləşdirilməsi, qoyulmuş tələblərə uyğunlaşdırılması, texniki parametrlər və s. ilə bağlı məsələlərin diqqətdə saxlanması vacibdir və bu istiqamətdə işlərin sürətləndirilməsi önəmlidir. Akademiyada təqdim olunmuş məhsul və layihələrin sərgidə dörd gün ərzində nümayişi nəzərdə tutulur. Hesab edirəm ki, AMEA-nın bu istiqamətdə həyata keçirilən PR siyasəti ölkədə gedən proseslərə adekvat olmalıdır”.

Vitse-prezident vurğulayıb ki, “Teknofest Azərbaycan” ölkə alimləri üçün geniş innovativ imkanlar açacaq: “AMEA və onun digər institutları kimi, İnformasiya Texnologiyaları İnstitutu da bu prosesdən kənarda qalmamalıdır. Vətəndaşları müasir reallıqlara hazırlamaq, yeni nəsil insan yetişdirmək, təhsilin qarşısında yeni paradiqmaların ortaya çıxması və müasir texnologiyaların tətbiqi ilə təhsilin məzmununun qeyd olunan tələblərə uyğunlaşdırılması istiqamətində pedaqoji fəaliyyətlə məşğul olan qurumlar və AMEA-nın müvafiq institutları birgə fəaliyyət göstərməlidir”.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта