AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Alimlər Ayda suyun mümkün yaranma səbəbini aydınlaşdırıblar

24.05.2022 /

Kolorado Belroud Universitetinin alimlərinin fikirlərinə əsasən milyardlarla il bundan öncə Yer kürəsinin peyki olan Ayda olmuş vulkan püskürmələri özlərindən sonra Ayın qütblərində buzlaqlar yaradıblar. Müxtəlif qiymətləndirmələrə əsasən həmin buzlaqların qalınlıqları onlarla metr təşkil edir və gələcəkdə astronavtlar həmin buzlaqlardan su əldə edə bilərlər. “Bizim yaratdığımız kompüter modelləşdirməsi onu göstərib ki, milyardlarla il bundan öncə Ayda baş vermiş vulkan püskürmələri zamanı böyük miqdarda su buxarı ifraz edilib. Daha sonra həmin buxar buz şəklində Ay səthinə çöküb. Lakin hal hazırda böyük ehtimal ilə həmin buzaqlar Ay səthinin 5-10 metr dərinliyində yerləşirlər. Gələcəkdə astronavtlar həmin buzdan içməli su əldə və həmçinin həmin suyu raket yanacağının istehsalında istifadə edə bilərlər” - deyə Kolorado Boulder Universitetinin mütəxəssisi Andrew Wilcoski qeyd edib.

 Aparılmış bu yeni tədqiqat Ayda əvvəl düşünüldüyündən daha çox suyun olduğuna dair daha bir sübutdur. Lakin alimlər hələ də Ayda suyun necə yarandığı barəsində vahid bir fikirə sahib deyillər. Bu məsələ ilə bağlı çoxlu sayda nəzəriyyə var. Lakin aparılmış yeni tədqiqat nəticəsində güman edilir ki, Ayda suyun yaranmasına məhz vulkan püskürmələri səbəb olublar. Alimlərin fikirlərinə əsasən həmin vulkan püskürmələri nəticəsində böyük həcmdə dəm qazı və su buxarı ifraz edilib. Bu qaz buludları Ayda çox qısa müddətlik atmosfer yaradıblar.

“Biz hesab edirik ki, həmin atmosfer təqribi olaraq 1000 il mövcud olub və bu müddət ərzində su buxarı Ay səthində buza çevrilib. Orada bir neçə kvadrilyon kq buz ola bilər” - deyə Kolorado Boulder Universitetinin mütəxəssisi Paul Hayne qeyd edib. Milyardlarla il ərzində bu buz ehtiyatı Ay torpağının qalın layı ilə örtülüb. Lakin alimlərin fikirlərinə əsasən buz ehtiyatı Ay səthinin demək olar 10.000 kvadrat km sahəsini əhatə edə bilər. “Söhbət, bir neçə 10.000 vulkanın püskürməsindən gedir. Biz hesab edirik ki, ifraz edilmiş buxardakı suyun yarısı buza çevrilib və onu sadəcə olaraq Ay səthinin alt hissəsindən çıxartmaq lazımdır” - deyə Paul Hayne qeyd edib. Alimlərin sözlərinə əsasən gələcək astronavtlar öz robotları ilə birlikdə həmin buzlaqların çıxarılması və onlardan suyun əldə edilməsi üçün çoxlu səy göstərməli olacaqlar. Lakin ediləcək bu səylər öz bəhrələrini verəcək.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта