Yaponiyada 2022-2023-cü tədris ili üzrə təqaüdlü təhsil almaq imkanı
03.06.2022 /Yaponiyanın Azərbaycandakı səfirliyinin 2022-2023-cü tədris ili üzrə təqaüd proqramı üzrə sənəd qəbulu aparılır.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı üç istiqamət üzrə təklif olunur və ali təhsilin müxtəlif səviyyələrini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix iyunun 3-ü və 10-u (proqramdan asılı olaraq) nəzərdə tutulub.
Təqaüd proqramı barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.