AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Akademik Əli Abbasov: “TEKNOFEST Azərbaycan” festivalında sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün müvafiq qurumlarla razılıq əldə olunub”

03.06.2022 /

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin xüsusi iclasında çıxış edib.

İclasda rəhbərlik etdiyi qurumun “TEKNOFEST Azərbaycan” festivalında iştirakı ilə bağlı təəssüratlarını bölüşən alim festivalın dövlət, özəl şirkətlər və akademik müəssisələrin birgə əməkdaşlığı modelində keçirilən tədbirlərdən olduğunu vurğulayıb.

Akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun tədbirdə 2 eksponatla təmsil olunduğunu bildirərək, festivalda Yüksək Texnologiyalar Parkının rezidenti “Elm və Texnologiya Parkı” MMC (ETP), Xüsusi Konstruktor Bürosu, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun birgə hazırladığı pilotsuz uçuş aparatları (PUA) üçün uçuş idarəedicisi və “Elm və Texnologiyalar Parkı” MMC-də istehsal olunan “Şahin” müşahidə təyinatlı PUA-nın nümayiş etdirildiyini diqqətə çatdırıb. O, bu eksponatlara müxtəlif nazirliklər, Dövlət Sərhəd Xidmətinin məsul şəxsləri,  “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar, eləcə də digər xarici şirkətlərin nümayəndələri tərəfindən böyük maraq göstərildiyini qeyd edib.

Baş direktor təqdim olunan PUA-nın real nümunəsinin hazırlanması üçün müvafiq qurumlarla razılığın əldə olunduğunu da bildirib.

Çıxışının sonunda akademik Əli Abbasov “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində yerli və xarici şirkətlərlə əməkdaşlıq üçün imkanların yarandığını, perspektivlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.  


science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта