AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib

22.06.2022 /

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin maddəsinin izlərini aşkar edildiyini elan etmişdi. Qeyd etmək lazımdır ki, bu maddə Yer kürəsində oksigenə ehtiyac duymayan mikroorqanizmlər tərəfindən ifraz edilir. Alimlər tərəfindən verilmiş bu bəyanat əsl sensasiya xarakteri daşıyırdı. Lakin bu sensasiya o qədər də uzun müddət ərzində davam etmədi. Belə ki, alimlərdən ibarət digər bir qrup bəyanatı vermiş alimlərin öz tədqiqatlarında səhvə yol verdiklərini açıqladı. Venera planetinin atmosferində mikroorqanizm səviyyəsində həyat növünün mövcud olub-olmamasını dəqiq şəkildə gələcək kosmik aparatlar öyrənə biləcəklər. Lakin indiki halda alimlər bu suala kimyəvi proseslərin kompüter modelləşdirilməsi vasitəsilə cavab tapmağa çalışırlar. Venera səthində temperatur 464 dərəcə Selsi təşkil edir. Təzyiq göstəricisi isə Yer kürəsində 900 metr dərinlikdə olan təzyiq göstəricisinə bərabərdir.

Lakin Venera səthindən 48-60 km yüksəklikdə vəziyyət o qədər də acınacaqlı deyil. Belə ki, 48-60 km yüksəklikdə temperatur və təzyiq göstəriciləri Yer kürəsindəki kimidir.

Lakin buna baxmayaraq bu cür şəraitdə Yer kürəsindəki kimi müxtəlif bioloji həyat formasının yaranması üçün lazım olan oksigen mövcud deyil. Oksigen əvəzinə Venera atmosferi CO2 qazı və kükürd birləşmələri ilə zəngindir. Yer kürəsində oksigenin olmadığı yerlərdə anaerob bakteriyalar qida mənbəyi kimi CO2 qazından və kükürd birləşmələrindən istifadə edirlər. Kembric Universitetinin alimləri Venera atmosferində mikroorqanizmlərin mövcud ola biləcəkləri halda onların maddələr mübadiləsinin 3 mümkün sxemini araşdırıblar. Belə ki, mümkün maddələr mübadiləsi sxemləri çərçivəsində mikroorqanizmər Venera atmosferindəki kükürd dioksid-dən (SO2) qida mənbəsi kimi istifadə edə və nəticədə həyat fəaliyyətləri çərçivəsində tullantılar ifraz etmiş ola bilərlər.

Venera atmosferinin kimyəvi tərkibi dəfələrlə spektrometr vasitəsilə müşahidə edilib və buna görə də atmosferin kimyəvi tərkibi təqribi olaraq məlumdur.

Beləliklə alimlər tərəfindən aparılmış kompüter modelləşdirməsi maddələr mübadiləsi prosesinin yan məhsulu kimi çıxış edən tullantıların həcmini hesablamağa imkan verib. Nəticədə məlum olub ki, müşahidə edilən maddələr mübadiləsi tullantılarının konsentrasiyası Venera atmosferində ehtimal olunan bakteriya həyatı səviyyəsinə çatmır. Bu isə o deməkdir ki, Venera atmosferində həyat növü mövcud deyil. Lakin bu məsələdə dəqiq cavabı James Webb kosmik teleskopu verə bilər. Belə ki, sözügedən teleskopun sahib olduğu spektrometr təkcə uzaq ulduzların deyil, həmçinin Venera atmosferinin molekulyar tərkibini də təyin edə bilər. Qeyd etmək lazımdır ki, James Webb tərəfindən əldə edilən ilk fotolar 12 iyul tarixində təqdim ediləcəklər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта