AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Bir sıra ali təhsil müəssisələrinin əməkdaşları üçün “Horizon” proqramı çərçivəsində məlumat günü keçirilib

08.07.2022 /

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində (BSU) Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin bir qrup üzvü tərəfindən BSU-nun və Azərbaycan Dövlət Pedaqoji Univerisitetinin əməkdaşları üçün Avropa Komissiyasının “Horizon” Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə məlumat günü keçirilib.

Tədbiri BSU-nun rektoru Anar Nağıyev giriş sözü ilə açaraq “Horizon” Avropa və digər beynəlxalq proqramların əhəmiyyətini və Azərbaycan alimlərinin bu proqramda iştirakı üçün geniş imkanların olduğunu vurğulayıb. Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanın təhsil müəssisələrində elmi tədqiqatların genişləndirilməsi istiqamətində aparılan işlərdən danışıb və universitetlərdə çalışan alimlərin beynəlxalq layihələrə qoşulma imkanlarının mövcudluğunu və belə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayeva Azərbaycanın alim və mütəxəssislərinin Horizon proqramlarında iştirakı üzrə aparılan fəalliyət istiqamətlərindən, onların nəticələri, tərkibi yenilənmiş Milli Əlaqələndiricilər Şəxslər Şəbəkəsi və onun üzvləri haqqında məlumat verib.

Rəqəmsal, sənaye və kosmos klasteri üzrə MƏŞ, AMEA İdarəetmə sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev “Horizon” Avropa proqramı üzrə klasterlər, prioritetlər, gözlənilən nəticələr, maliyyə imkanları və proqrama müraciət haqqında ətraflı məlumat verib, İKT üzrə bəzi çağırışları təqdim edib.

Avropa Tədqiqatları Mərkəzi və COST Fəaliyyəti üzrə MƏŞ, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov COST Fəaliyyəti üzrə yenilikləri, proqram çərçivəsində layihələrə qoşulmaq qaydaları, Azərbaycan mütəxəssislərinin bu proqramda iştirakı üzrə statistik məlumatı diqqətə çatdırıb. O, həmçinin Avropa Tədqiqatları Mərkəzinin imkanları haqqında məlumat verib.

Marie Sklodovska-Küri fəaliyyəti üzrə MƏŞ, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli bu proqramda fərdi və qrup şəklində tədqiqatlar, həmçinin doktorantura şəbəkələrinin yaradılması istiqaməti üçün mövcud imkanları, doktorantura və postdoktorantura səviyyəsində fərdi təqaüd təklifləri iştirakçıların diqqətinə çatdırıb. O, bu proqramın “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə əlaqələndirilməsinin əhəmiyyətli olduğunu bildirib, Azərbaycanın təhsil müəssisələrində çalışan gənc və təcrübəli alimlərin Marie Sklodovska-Küri fəaliyyətinin imkanlarından istifadə üçün geniş potensiala malik olduğunu qeyd edib.

Mədəniyyət, yaradıcılıq və inkluziv cəmiyyət klasteri üzrə MƏŞ, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Əhmədov İnkluziv cəmiyyət istiqaməti üzrə çağırışları, onların geniş profilli olduğunu və Azərbaycanda aparılan işlər və prioritetlərlə uzlaşmasını, həmçinin proqrama müraciət üzrə təlimatları iştirakçıların diqqətinə çatdırıb. Həmin klaster üzrə MƏŞ, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin baş məsləhətçisi Elmar Rəsulov Mədəniyyət və yaradıcılıq istiqaməti üzrə çağırışları, bu istiqamətdə layihələrdən gözlənilən nəticələri, Azərbaycan üçün maraqlı ola biləcək sahələri təqdim edib. 

Ərzaq, bioiqtisadiyyat, təbii ehtiyatlar, kənd təsərrüfatı və ətraf mühit klasteri üzrə MƏŞ, Bakı Dövlət Universitetinin Coğrafi Ekologiya fakültəsinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev bu klaster üzrə hazırda açıq olan çağırışlar haqqında məlumat verib, onların ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması, bitki mənşəli təbii ehtiyatların biotibbdə tətbiqi, ətraf mühitin mühafizəsi kimi geniş mövzuları əhatə etdiyini diqqətə çatdırıb.

“Horizon” Avropa proqramı üzrə seminar və təlimlərin mütəmadi olaraq fərdi və kollektiv formalarda keçirilməsi təklif edilib.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта