AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

James Webb kosmik teleskopu tərəfindən əldə edilmiş ilk fotolardan biri rəsmi şəkildə təqdim edilib

13.07.2022 /

NASA-nın James Webb adlı kosmik teleskopu vasitəsilə əldə edilmiş ilk fotolardan biri rəsmi şəkildə təqdim edilib. Fotonu ABŞ prezidenti Joe Biden təqdim edib. Beləliklə təqdim edilmiş foto insanlıq tərəfindən kainatın qeydə alına biləcək ən dərin və detallı infraqırmızı fotosudur. Fotoda SMACS 0723 adlı qalaktikalar qruplaşması əks olunub. Buna başqa cür həmçinin qalaktikalar klasteri də deyilir. Sözügedən foto James Webb-in NIRCam adlı yaxın infraqırmızı kamerası vasitəsilə çəkilib. Nəhəng kainatın bu kiçik hissəsi göy üzünün təqribi olaraq bir toz hissəciyi boyda sahəsini əhatə edir.

Bu foto kosmik teleskopun kamerası vasitəsilə müxtəlif uzunluqlu dalğalarda çəkilmiş çoxlu sayda fotonun birləşməsidir. Beləliklə təqdim edilmiş fotodakı SMACS 0723 adlı qalaktikalar klasterinin 4.6 milyard il bundan öncəki vəziyyəti əks olunub. Bu qalaktikalar klasteri həmçinin qravitasiya linzası kimi çıxış edərək arxasındakı daha uzaq məsafəli qalaktikaları görməyə imkan verir. Tədqiqatçılar yaxın zamanda bu cür qalaktikalar barəsində məlumatları əldə etməyə başlayacaqlar. Belə ki, James Webb-in tapşırıqlar siyahısında ən qədim qalaktikaların axtarışı var. Qeyd etmək lazımdır ki, kosmik teleskop tərəfindən əldə edilmiş ilk fotoların qalanları bu gün axşam saatlarında təqdim ediləcək.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта