AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

James Webb teleskopu spiral formasında olan qalaktikanın detallı fotosunu çəkib

26.07.2022 /

James Webb kosmik teleskopu spiral formasında olan NGC 628 (digər adı Messier 74) adlı qalaktikanın detallı fotosunu çəkib. Sözügedən qalaktika Yer kürəsindən 32 milyon işıq ili uzaqlığında Balıqlar bürcündə yerləşir. Öz güclü parlaqlığına görə bəzi alimlər bu qalaktikanı “kabus qalaktika” adlandırırlar. Təqdim edilmiş foto James Webb-in MIRI adlı kamerası vasitəsilə yaxın infraqırmızı diapazonda çəkilib. Messier 74-ün simmetrik özəlliyinə görə onu bəzən “ideal spiral” da adlandırırlar. Elmi nöqteyi cəhətdən bu qalaktika orta kütləli qara dəlik ilə diqqəti cəlb edir. Alimlərin fikirlərinə əsasən həmin orta kütləli qara dəlik qalaktikanın mərkəzində yerləşir. Daha əvvəllər müxtəlif kosmik teleskopların elmi təchizatları Messier 74 adlı qalaktikanın fotosunu çəkiblər.

Onların arasında məşhur Hubble teleskopu da var. Məlumata əsasən James Webb teleskopu sözügedən qalaktikanı keçən həftə müşahidə edib. Messier 74 qalaktikasının çəkilmiş yeni fotosunun əvvəlki fotolardan əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, yaxın infraqırmızı diapazonda çəkilib. Bu isə teleskopun ümumi güzgüsünü təşkil edən 18 ədəd paneli və onun digər teleskoplar ilə müqayisədə Yer kürəsindən daha uzaq məsafədə yerləşməsi hesabna mümkün olub. Qeyd etmək lazımdır ki, 12 iyul tarixində NASA yenin nəsil kosmik teleskop vasitəsilə çəkilmiş ilk fotonu təqdim etmişdi. Həmin gün axşam saatlarında isə teleskop tərəfindən çəkilmiş ilk fotoların digərləri təqdim edilmişdi. Həmçinin 14 iyul tarixində alimlər Yupiterin, onun halqalarının və 3 peykinin əks olunduqları fotonu sərgiləmişdilər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта