AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Alimlər unikal üçlü ulduz sistemini kəşf ediblər

26.07.2022 /

Kopenhagen Universitetinin alimləri TESS adlı kosmik teleskop vasitəsilə unikal üçlü ulduz sistemini kəşf ediblər. Kəşf edilmiş üçlü ulduz sistemi TIC 470710327 adını əldə edib. Bu ulduz sistemi bir-birinin ətrafında dövr edən iki ulduzdan və həmin ulduzların ətrafında dövr edən yüksək kütləli üçüncü ulduzdan ibarətdir. Alimlərin fikirlərinə əsasən sözügedən ulduz sistemində nə vaxtsa dördüncü ulduz da mövcud olub. Lakin müəyyən müddətdən sonra ulduzlardan biri dördüncü ulduzu udaraq öz ölçüsünü böyüdüb. Bu cür üçlü ulduz sistemi kainatda nadir rast gəlinən bir hal deyil. Güman olunur ki, mövcud olan bütün ulduz sistemlərinin 10%-i məhz üçlü ulduz sistemləridir. Keçən il alimlər hətta bu cür ulduz sistemlərindən birində ekzoplanet də kəşf etmişdilər. Məlum olmuşdu ki, kəşf edilmiş ekzoplanet üç ulduz ətrafında dövr edir.

Lakin TIC 470710327 adlı yeni üçlü ulduz digər üçlü ulduz sistemlərindən öz ölçüsü və forması ilə fərqlənir.  Belə ki, bu ulduz sistemində mövcud olan ulduzlar ölçü baxımından daha böyükdürlər və bir-birilərinə daha yaxın məsafədə yerləşirlər. Bu isə o deməkdir ki, həmin ulduzların sahib olduqları qarşılıqlı cazibə qüvvəsi daha güclüdür. TIC 470710327 üçlü ulduz sistemində bir-birinin ətrafında dövr edn iki ulduzdan hər biri bizim Günəşdən 12 dəfə, həmin iki ulduz ətrafında dövr edən böyük ölçülü ulduz isə Günəşdən 16 dəfə böyükdür.

Bir-birinin ətrafında dövr edən 2 mərkəzi ulduz dövretmə prosesini 24 saat ərzində reallaşdırırlar. Məlumata əsasən iki mərkəzi ulduz ətrafında dövr edən böyük ölçülü ulduz isə dövretmə prosesini 52 günə reallaşdırır. Bu cür dövretmə sürəti inanılmazdır. Belə ki, bu cür dövretmə sürəti belə böyük ölçülü ulduzlar üçün çox yüksəkdir. Bir-birinin ətrafında dövr edən iki mərkəzi ulduzdan ayrıca yerləşən böyük ölçülü ulduz alimlərin diqqətlərini öz üzərinə çəkib. Buna görə də onlar bu cür unikal üçlü ulduz sisteminin necə yarandığını təyin etməyə çalışıblar.

“İlk öncə biz güman etdik ki, həmin böyük ölçülü ulduz birinci yaranıb və daha sonra digər iki ulduzun formalaşması baş verib. Lakin bu halda böyük ölçülü ulduz digər ikisinin yaranması üçün lazım olan bütün qazı udmuş olmalı idi. Nəticədə digər iki ulduz yarana bilməzdi. Daha sonra bir düşündük ki, bəlkə də bu 3 ulduz eyni anda yaranıb və müəyyən müddətdən sonra onların arasında qarşılıqlı qravitasiya əlaqəsi yaranıb. Lakin bu fikirin üstündən də xətt çəkildi. Belə ki, bu halda yüksək kütləyə sahib ulduz sistemin kənarında yox mərkəzində olmalı idi” - deyə Kopenhagen Universitetinin mütəxəssisi Alejandro Vigna-Gomez qeyd edib.

Lakin kompüter modelləşdirməsi sayəsində alimlər təyin ediblər ki, sözügedən ulduz sistemi əslində iki cüt ulduzdan ibarət olub. Birinci cüt ulduz olduğu kimi qalsa da, ikinci cüt ulduz stabil şəkildə qalmayıb. İkinci cüt ulduz daha əvvəllər hal hazırda böyük ölçülü ulduzun yerləşdiyi sahədə yerləşib. Alimlərin fikirlərinə əsasən sözügedən ulduz sisteminin təkamül prosesi çərçivəsində ikinci cüt ulduzdakı biri digərini udub. Yəni bu proses çərçivəsində ulduzlardan biri digərinin bütün maddəsini əldə edib və nəticədə yerdə qalmış ulduz böyük ölçüyə sahib olub. Bu, iki ulduzun bir-birinə güclü cazibəsi nəticəsində baş verib. 

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта