AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Alimlər hansı bakteriyanın Marsda sağ qala biləcəyini öyrəniblər

11.08.2022 /

Alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən bakteriya növlərindən biri Mars planetində sağ qala bilər. Alimlər müəyyən müddət ərzində çay göbələyini analiz ediblər. Bu üsul ilə onlar çay göbələyinin tərkibini təşkil edən bakteriyaların Mars şəraitində sağ qala bilib-bilməyəcəklərini öyrənməyə çalışıblar. Çay göbələyi məşhur içki növüdür və o, maya göbələkləri və müxtəlif bakteriyaların istifadəsi ilə hazırlanır. Faktiki olaraq sözügedən içki simbiotik orqanizmlərdən ibarətdir. Aparılmış yeni tədqiqat onu göstərib ki, çay göbələyinin tərkibinə daxil olan bakteriya növlərindən biri süni şəkildə yaradılmış Mars şəraitində sellüloza ifraz edərək sağ qala bilib.

Çay göbələyinin tərkibinə daxil olan digər bakteriyalar isə məhv olublar. Bir neçə il bundan öncə çay göbləyi BKS-dəki (Beynəlxalq Kosmik Stansiya) tədqiqatlarda istifadə edilmişdi. Həmin vaxtda alimlər anlamaq istəyirdilər ki, çay göbələyini təşkil edən orqanizmlər və onların geniş strukturları Yer kürəsindən tamamilə fərqli şəraitə necə reaksiya verəcəklər? Kosmosda keçirilmiş təcrübələrdən sonra çay göbələyinin tərkibini təşkil edən orqanizmlər Yer kürəsinə geri göndərilmiş və Yer kürəsində xüsusi laboratoriya şəraiti çərçivəsində yaradılmış Mars şərtləri altında həmin orqanizmlər üzərində təcrübələr davam etmişdi.

“Bizim tədqiqatımız onu göstərib ki, çay göbələyini təşkil edən mikroblar naməlum şəraitdə ciddi şəkildə zərər çəkiblər. Lakin sellüloza ifraz edə bilən Komagataeibacter adlı bakteriya növü sağ qalmağı bacarıb” - deyə alimlərdən biri qeyd edib. Alimlərin fikirlərinə əsasən sözügedən bakteriya növünə tamamilə fərqli şəraitdə sağ qalmağa yardım olan faktor məhz sellülozadır. “Biz düşünürük ki, sellüloza yadplanetli həyat növünün axtarışlarında istifadə edilə biləcək faktorlardan biridir” - deyə alimlər qeyd ediblər. 
technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта