Dövlət Proqramı çərçivəsində xaricdə magistratura təhsili üçün sənəd qəbulu davam edir
20.08.2022 /“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə sənəd qəbulu davam edir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu prosesi 2022-ci il avqustun 25-də yekunlaşacaq.