James Webb vasitəsilə Yupiterin çəkilmiş 2 yeni fotosu təqdim edilib
25.08.2022 /NASA mütəxəssisləri James Webb vasitəsilə Yupiterin çəkilmiş 2 yeni fotosunu təqdim ediblər. Təqdim edilmiş fotolarda Yupiter qütblərinin parıltılarını və planetin səthində olan məşhur qırmızı ləkəni görmək olar. Həmin qırmızı ləkə əslində Günəş sistemində mövcud olan ən böyük atmosfer burulğanıdır. Bu qırmızı ləkənin ölçüsü Yer kürəsinin diametrindən 1.3 dəfə böyükdür və onun daxilində saatda 400 km sürətlə baş verən qasırğalar hökm sürür. Hər iki foto James Webb teleskopunun NIRCam adlı yaxın infraqırmızı diapazon kamerası vasitəsilə çəkilib. Fotolardan görmək olar ki, şimal parıltıları planetin şimal və cənub qütblərini əhatə edir. Təqdim edilmiş fotolarda planetin səthindəki məşhur qırmızı ləkə ağ rəngdə əks olunub. Bunun əsas səbəbi isə ondadır ki, o, digər buludlar kimi həddindən artıq Günəş işığı əks etdirir. Bundan əlavə olaraq James Webb tərəfindən çəkilmiş fotolarda Yupiter-in aşağı parlaqlığa sahib halqalarını və 2 peykini (Amaltea və Adrastea) görmək mümkündür.
technote.az