AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Ən çox gözlənilən kosmik hadisələrdən biri: Yaxın illərdə iki qara dəlik birləşə bilər

30.08.2022 /

Çin Elm və Texnologiyalar Universitetindən olan alimlərin sözlərinə əsasən onların müşahidələri onu göstərir ki, Yer kürəsindən 1 milyard işıq ili uzaqlığında yerləşən SDSS J1430+2303 adlı qalaktikanın mərkəzində qəribə hadisələr baş verir. Alimlər güman edirlər ki, biz yaxın gələcəkdə 2 nəhəng ölçülü qara dəliyin birləşməsinin şahidi olacağıq. Çinli alimlərin məlumatlarına əsasən SDSS J1430+2303 adlı qalaktikanın nüvəsində qəribə hadisələr baş verir. Ən azından daimi olaraq dəyişən rentgen şüalanma növü onu göstərir ki, həmin qalaktikada 2 yüksək kütləli qara dəlik mövcuddur və yaxın 3 il ərzində onlar birləşərək daha böyük qara dəliyi əmələ gətirəcəklər. İlkin məlumatlara əsasən sözügedən qalaktikada həqiqətən də qara dəliklərin bir-birilərinə yaxınlaşması baş verir.

Lakin alimlər bundan yalnız 99% əmindirlər. Yerdə qalan 1% ehtimala əsasən adı sadalanmış qalaktikada hansısa digər bir qeyri-adi proses baş verir.

Hər halda alimlər SDSS J1430+2303 qalaktikasında baş verən bu qəribə hadisəni izləməyə davam edəcəklər. Əgər həmin qalaktikada 2 yüksək kütləli qara dəliyin birləşməsi baş versə, alimlər bu hadisə nəticəsində baş verən şüalanmanı təyin edə biləcəklər. Bu iki nəhəng kosmik obyektin potensial olaraq birləşərək daha nəhəng qara dəlik yarada biləcəyini nəzərə alsaq, bu, astronomiya sahəsində ən çox gözlənilən hadisələrdən biridir. İlkin hesablamalara əsasən qara dəliklərin kütlələri eynidir. Belə ki, onlardan hər biri 200 milyon Günəş kütləsinə sahibdir. Astronomlar ilk dəfə qara dəliklərin toqquşmasını 7 il bundan öncə aşkar etmişdilər. Həmin vaxtdan alimlər buna bənzər çoxlu sayda kosmik hadisə aşkar ediblər.

Qara dəliklər toqquşan zaman kosmosa qravitasiya dalğaları yayılır.

Yer kürəsində LIGO və Virgo adlı detektorlar var. Onlar bu cür dalğaları təyin edə bilirlər. Bunun sayəsində kosmosun hansısa hissəsində qara dəliklərin birləşdiyi məlum olur. Lakin qeyd etmək lazımdır ki, sözügedən detektorlar kütlələri bəzi ulduzların kütlələrindən bir qədər çox və ya həmin ulduzlar ilə eyni kütləyə sahib olan qara dəliklərin birləşməsi nəticəsində yaranan qravitasiya dalğalarını təyin edə bilirlər. Buna görə də əgər qara dəliklərin kütlələri milyondan milyarda kimi olan diapazonda Günəş kütləsinə sahibdirlərsə, onların birləşmələrini yerüstü və ya kosmik teleskoplardan istifadə edərək rentgen şüalanması köməyilə təyin etmək olar. Alimlər hələ də inanılmaz dərəcədə nəhəng qara dəliklərin necə yarandıqları barəsində mübahisələr aparırlar. SDSS J1430+2303 qalaktikasındakı qara dəliklərin potensial birləşməsi bu məsələdə çoxlu suala aydınlıq gətirə bilər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта