Müsahibələrdə uğur qazanmış 340 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib
12.09.2022 /Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4226 nəfər müraciət edib. Bu gün saat 10:45-dək olan məlumata görə, 340 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.