Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 35 nəfər uğur qazanıb
13.09.2022 /On bir dövlət orqanında mövcud olan 44 vakant vəzifə üzrə avqustun 1-dən başlanan daxili müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsahibədə iştirak etmək üçün 85 nəfər qeydiyyatdan keçib. Bu gün saat 16:10-dək olan məlumata görə, 35 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə sentyabrın 28-də başa çatacaq.