AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Coğrafiyaçı alimlər ozon təbəqəsi ilə bağlı fikirlərini bölüşüblər

21.09.2022 /

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun alimləri Beynəlxalq Ozon Qatının Qorunması Günü münasibətilə kütləvi informasiya vasitələrinə müsahibə veriblər.

“Azərbaycan” qəzetinə verdiyi müsahibəsində ozon təbəqəsinin Yer kürəsi üçün əhəmiyyətindən danışan institutun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, əgər ozon təbəqəsi olmasaydı, yüksək tezlikli şüalanma, o cümlədən ultrabənövşəyi şüalar canlıların yaşaması üçün mümkün olmayan şərait yaradardı. Ozonun əsas xüsusiyyəti ultrabənövşəyi şüaları udması və Yer səthinə gəlməsinə imkan verməməsidir. Freon qazından soyuducu, kondisionerlərdə geniş istifadə olunur. Lakin onun tərkibindəki ftor və xlor atmosferə atılanda ozon təbəqəsinin zəifləməsi ilə nəticələnir. Təkcə freon qazı deyil, 12-13 kilometr yüksəklikdə uçan təyyarələrin buraxdığı qazlar, süni peykləri orbitə çıxarmaq üçün buraxılan raketlər, atmosferdə karbon qazının artması da ozon təbəqəsinin zəifləməsinə səbəb olur.

Xüsusən yay aylarında qazların konsentrasiyasının çox olduğu yerlər insan orqanizmi üçün son dərəcə ziyanlıdır. Bu qazlar insanın ağciyərini məhv edir. Bu sahədə hazırlanan müxtəlif protokolları qəbul edən ölkələrin üzərinə zərərli maddələrin atmosferə atılmasının qarşısının alınması ilə bağlı öhdəliklər qoyulub ki, Azərbaycan da bu sənədlərə qoşulub və bu istiqamətdə tədbirlər görür.

İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev isə AzərTaca verdiyi müsahibəsində ozon təbəqəsinin nazikləşməsində insanın getdikcə inkişaf edən təsərrüfat fəaliyyətinin rolunu xüsusi qeyd edib. Xlorftorkarbon birləşmələrinin ucuz və effektli olması, guya digər maddələrlə reaksiyaya girməməsi onun sənayedə geniş tətbiqinə səbəb olub. Sonrakı tədqiqatlar göstərib ki, bu maddələr atmosferdə toplanır, digər maddələrlə reaksiyaya girir və ozon təbəqəsini dağıdan maddələr yaradır. Ozon təbəqəsinin dağılmasına səbəb olan təhlükəli freon qazları 70-100 il atmosferdə qala bilir.

Alimin sözlərinə görə, 1987-ci ildə 200-dən artıq ölkə Monreal Protokolunu imzalayıb. Bu protokola görə, xlorftorkarbonlu birləşmələrdən istifadə qadağan olunub. Lakin bu sənədin qəbul edilməsinə baxmayaraq, tam nəticə əldə edilməyib. Ölkələr soyuducularda stratosferi dağıtmayan digər maddələrdən istifadə etməyə başlayıblar, amma bu maddələr qlobal istiləşməyə səbəb olub. 2016-cı ildə Monreal Protokoluna Kiqali düzəlişi əlavə edilib. Bunun nəticəsində ozon qatını xilas etmək mümkün olub. Xlorftorkarbonun istifadəsi 1980-ci ilə nisbətən hazırkı dövrə qədər 5 dəfə azalıb.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта