AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

AMEA-nın yeni Nizamnaməsinin layihəsi müzakirə olunub

22.09.2022 /

Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnamə Komissiyasının iclasında yeni hazırlanmış Nizamnamə layihəsinin müzakirəsi keçirilib.

İclası açan AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq hazırlanmış Akademiyanın yeni Nizamnaməsinin layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, yeni Nizamnamə layihəsi Prezident Fərmanı əsasında Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Yeni Nizamnamə layihəsi hazırlanarkən elmi tədqiqatların ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə, dünya elminə inteqrasiya şəraitində təşkili və həyata keçirilməsi ilə əlaqədar müddəalar, habelə elm və təhsilin qarşılıqlı əlaqəsi ilə bağlı məsələlər əsas prinsip kimi qəbul olunub. Bütövlükdə 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib. Layihədə Akademiyanın beynəlxalq əməkdaşlığının təşkili və tənzimlənməsinə aid müddəalar da özünə yer alıb.

AMEA-nın yeni Nizamnamə layihəsinin müzkirəsində Nizamnamə Komissiyasının üzvlərindən akademiklər Telman Əliyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, AMEA Həmkarlar Təşkilatının sədri, hüquq elmləri doktoru Habil Qurbanov, hüquq elmləri doktoru Nazim Cəfərov, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev çıxış edərək təkliflərini və mülahizələrini bildiriblər.

AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli irəli sürülən təkliflərə münasibətini bildirib və müzakirələri yekunlaşdırıb.

İclasda qeyd edilən təkliflər nəzərə alınmaqla AMEA-nın yeni Nizamnaməsinin layihəsi əsasən qəbul edilib və layihənin növbəti müzakirə üçün Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.

AMEA Nizamnaməsinin layihəsi Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra Akademiyanın Ümumi yığıncağına təqdim olunacaqdır.

Nizamnamə qaydalarına əsasən AMEA-nın Nizamnaməsi Ümumi yığıncağın vəsatəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта