AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq

27.09.2022 /

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır. Qeyd etmək lazımdır ki, bu missiya çərçivəsində NASA-nın kosmik aparatı yüksək sürətlə asteroidlə toqquşacaq. Məqsəd isə asteroidin uçuş trayektoriyasını dəyişməkdir. Sözügedən missiya ilə eyni ada sahib kosmik aparat Dimorf asteroidi ilə 27 sentyabr tarixində Bakı vaxtı ilə saat 03:14-də toqquşacaq. DART missiyası planetar təhlükəsizlik proqramı çərçivəsində reallaşdırılır. Bu proqram çərçivəsində mütəxəssislər Yer kürəsi üçün potensial təhlükə mənbəyinə çevrilə biləcək müxtəlif kosmik obyektlərin uçuş trayektoriyalarının dəyişilmə mümkünlüyünü yoxlamaq istəyirlər. DART adlı kosmik aparat təyinat nöqtəsinə 2021-ci ilin noyabr ayında yollanmışdı. Öz uçuş dövrü ərzində aparat Yer kürəsindən 11 milyon km uzaqlıqda yerləşən və 2 asteroiddən ibarət sistemə yaxınlaşmışdı.

Didim və Dimorf asteroidləri müxtəlif ölçülərə sahibdirlər. Didimin diametri 780 metr, Dimorfun diametri isə 160 metr təşkil edir. Sözügedən asteroidlər Yer kürəsi üçün təhlükə mənbəyi olmadıqları səbəbilə sözügedən missiya elmi xarakter daşıyır. DART aparatı öz növbəsində Dmorf ilə toqquşma üçün nəzərdə tutulub. 550 kq ağırlığında olan kosmik aparat saatda 24 000 kmsürətlə Dimorfla toqquşacaq. Bunun sayəsində aparat sözügedən asteroidin uçuş trayektoriyasını dəyişməyə çalışacaq. NASA bu missiyanın final mərhələsini canlı yayım formatında insanlara sərgiləyəcək. Toqquşmağa hazırlaşan kosmik aparatın konstruksiyasında Didymos Reconnaissance and Asteroid Camera (DRACO) adlı naviqasiya kamerası mövcuddur və həmin kamera aparatın asteroidə yaxınlaşma prosesi çərçivəsində hər saniyə bir foto çəkərək Yer kürəsinə göndərəcək.

Təbii ki, asteroidlə toqquşmadan sonra aparat fotoların göndərilməsini dayandıracaq. Toqquşma nəticələrini detallı şəkildə daha sonra izləmək mümkün olacaq. Məsələ burasındadır ki, DART aparatından LICIACube (Light Italian for Imaging of asteroid) adlı kubsat (kosmosun tədqiqatı üçün nəzərdə tutulmuş kiçik ölçülü və kub formasında olan süni peyk) ayrılıb. Həmin kubsat toqquşmadan 3 dəqiqə sonra toqquşmanın baş verdiyi kosmik sahənin yaxınlığından keçəcək. Bu proses çərçivəsində kubsat əlavə olaraq bir neçə foto çəkəcək. Gözləntilərə əsasən kubsat tərəfindən çəkiləcək fotolar gün ərzində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə rəsmi məlumat verilmişdi ki, gözlənilən toqquşmanı həmçinin James Webb və Hubble teleskopları da izləyəcəklər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта