AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Elon Musk Tesla Optimus adlı robotun iki yeni prototipini təqdim edib

03.10.2022 /

Keçən həftənin sonunda baş tutmuş Tesla AI Day 2022 tədbiri çərçivəsində Elon Musk Tesla Optimus adlı robotun iki prototipini təqdim etdi. Onun sözlərinə əsasən şirkət sözügedən robotları milyonlarla tirajda istehsal edə bilər. Bununla belə bir robotun satış qiyməti 20 000$ təşkil edə bilər. Musk-ın bu bəyanatı çox iddialı səslənir. Belə ki, hal hazırda insana bənzər robotlar 100 000$-dan daha baha qiymətə satılır. Təqdimat çərçivəsində Musk bildirib ki, digər şirkətlərin insana bənzər robotları “beyin”ə sahib deyillər. Tesla Optimus isə öz növbəsində çox bacarıqlı robot olmalıdır. Belə ki, onun idarəsi süni zəka sistemi tərəfindən reallaşdırılacaq və Tesla həmin süni zəka sistemini öz elektromobillərindəki avtonom idarəetmə sistemləri əsasında hal hazırda təkmilləşdirir. Tesla AI Day 2022 tədbiri çərçivəsində təqdim edilmiş robotlardan birincisi xarici gövdə panellərindən məhrum olub.

Sözügedən robot səhnədə iki ayaq üzərində müstəqil şəkildə hərəkət edə bilib və musiqi sədaları altında əllərini hərəkət etdirib. Musk-ın sözlərinə əsasən birinci nəsil robotun prototipi kənar istehsalçının icraçı mexanizmləri ilə təchiz olunub. Lakin ikinci nəsil robotun prototipi Tesla-nın istehsalı olan icraçı mexanizmlər ilə təchiz olunub. Təqdim edilmiş ikinci prototip səhnəyə daşıyıcı qurğu vasitəsilə çatdırılıb. Belə ki, ikinci prototip robot hələ ki, müstəqil şəkildə iki ayaq üzərində hərəkət etmək bacarığına sahib deyil. Lakin Musk bildirib ki, ikinci prototip artıq bir neçə həftədən sonra hərəkət etmək qabiliyyətinə sahib olacaq. İkinci prototipin əsas fərqləndirici özəllikləri arasında daha cəlbedici xarici görünüş və əl biləkləri olub. Robotun sahib olduğu əl biləkləri ölçü baxımından real insanın əl biləklərini xatırladır.

Xüsusi dayağa bərkidilmiş ikinci prototip təkcə əllərini və başını deyil, həmçinin ayaqlarını da hərəkət etdirə bilib. Musk-ın sözlərinə əsasən ikinci prototip irimiqyaslı istehsalata hazır olan modelə çox bənzəyir. Tesla 27 səviyyədə müstəqil əl hərəkətinə və 28 bədən hərəkətinə sahib robotun hazırlanmasını hədəfləyib. Hal hazırda Tesla mühəndislərinin əsas hədəfləri robotun mexanizmlərini təkmilləşdirməkdir. Bu, robotun müxtəlif tapşırıqları yerinə yetirməsi üçün atılan bir addımdır. Bunun sayəsində robot müəyyən sahələrdə insanları əvəz edə biləcək. Şirkət tərəfindən təqdim edilmiş videoda görmək olar ki, Tesla Optimus gülləri sulamaqla, qutuları daşımaqla və s. işlərlə məşğul olur.

Şirkət mühəndisləri həmçinin robotun gövdəsinə yerləşə biləcək elə bir batareya hazırlamalıdırlar ki, həmin batareya 2.3 kilovatt saat enerji həcminə sahib olsun və 52 vatt cərəyan gücü göstəricisində gün ərzində şarj prosesi olmadan çalışa bilsin. Şirkət robotun çəkisini 73 kq göstəricidə saxlamağı planlaşdırır. Robotun gövdəsində həmçinin xüsusi mərkəzi kompüter mövcuddur və həmin kompüter Tesla-nın fərdi prosessoru ilə təchiz olunub. Bununla yanaşı prosessor Wi-Fi və LTE kimi naqilsiz şəbəkə standartlarının dəstəyinə sahibdir. Tesla Optimus-un irimiqyaslı istehsalına nə zaman start veriləcəyi və nə zaman satışa çıxacağı barəsində dəqiq bir məlumat verilməyib.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта