Dövlət İmtahan Mərkəzi TKT imtahanlarına qeydiyyat elan edib
04.10.2022 /Dövlət İmtahan Mərkəzi (DİM) TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat elan edir.
DİM-dən bildirilib ki, dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat noyabrın 3-dək davam edəcək.
“Cambridge University Press & Assessment” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT imtahanlarını bütün modullar üzrə təşkil edir.