AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

“Zəfər dastanı” müsabiqəsinə başlanılır

30.09.2022 /

Sentyabrın 28-də Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.

Müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir. 

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14 yaş və 15-20 yaş) qrupunda və 2 mərhələdə keçirilir.

I mərhələ - 28 sentyabr-23 oktyabr 2022-ci il tarixlərində keçirilir. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda [email protected] elektron ünvanına göndərilməlidir;

II mərhələ - 24 oktyabr-28 oktyabr  2022-ci il tarixlərində keçirilir. Bu mərhələdə münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.

 Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər;

- İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə

təqdim etməlidir;

- Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər;

- Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır;

- Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır;

- Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;

- Müsabiqəyə fonoqram qəbul olunmur;

- Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;

- Videogörüntülər aydın və keyfiyyətli olmalıdır;

-Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon, təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir;

- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınır.

 

Müsabiqənin qalibləri və fəal iştirakçılar “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin diplom və sertifikatları ilə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandıqda iştirakçılar (+994) 12 370 86 22  və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

edu.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта