Ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün təlimlər davam edir
14.10.2022 /Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimləri davam etdirir.
İnstitutdan bildirilib ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlər pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikası mövzularını əhatə edir.
Təlimlərdə spiker qismində institutun əməkdaşları Leyla Sultanlı, Həsən Əlili, Əli Tağıyev, həmçinin Müşərrəf Məmmədova, Gülnar Cəfərova, Əminət Diqanayeva çıxış edirlər.
Sonda təlimləri uğurla bitirən şəxslərə Təhsil İnstitutu tərəfindən sertifikat təqdim olunacaq.