AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

James Webb teleskopu 7000 işıq ili uzaqlığında yerləşən kosmik obyektin mükəmməl fotosunu çəkib

20.10.2022 /

James Webb kosmik teleskopu kainatın maraqlı obyektlərinin fotolarını çəkməyə davam edir. Bu dəfə kosmik teleskop “Pillars of Creation” (“Yaradılış Sütunları”) adlı obyektin fotosunu çəkib. Qeyd etmək lazımdır ki, sözügedən obyekt Yer kürəsindən 7000 işıq ili uzaqlığında yerləşən Qartal dumanlığındakı ulduzlararası qaz və tozdan ibarət qruplaşmadır. Təqdim edilmiş fotoda “Yaradılış Sütunları” obyekti sanki əli və ya qaya birləşmələrini xatırladır. Bu qruplaşma ulduzlararası soyuq qaz və tozdan forlamaşıb. Foto James Webb-in konstruksiyasında yerləşən NIRCam adlı yaxın infraqırmızı diapazon kamerası vasitəsilə çəkilib.

Qeyd etmək lazımdır ki, bu, “Yaradılış Sütunları”nın ilk fotosu deyil. Belə ki, keçən əsrin 1995-ci ilində digər məşhur teleskop olan Hubble sözügedən kosmik obyektin ilk fotosunu çəkmişdi. James Webb tərəfindən çəkilmiş foto isə bu kosmik qruplaşmaya yeni nöqteyi nəzərdən baxmağa imkan verir. Əldə edilmiş yeni məlumatlar sayəsində alimlər ulduzların yaranmaları mövzusunda olan mövcud modellərə yenidən nəzər sala, yaranmış yeni ulduzların saylarını daha dəqiq şəkildə təyin edə və həmin kosmik sahədə qaz və tozun daha dəqiq miqdarlarını təyin edə biləcəklər.

Bununla yanaşı alimlər ulduzların milyonlarla il ərzində toz buludu vasitəsilə necə formalaşdıqlarına dair əlavə məlumatlar əldə etməyə ümid bəsləyirlər. Bununla belə çox güman ki, “Yaradılış Sütunları” adlı kosmik obyekt artıq mövcud deyil. Alimlərin fikirlərinə əsasən 6000 il bundan öncə sözügedən kosmik obyektə yaxın olan sahədə supernova partlayışı baş verib və nəticədə “Yaradılış Sütunları” yox olub. Lakin Yer kürəsindən onun yox olduğu hələ ki, görünmür. Belə ki, xəbərin əvvəlində də qeyd edildiyi kimi o, bizim planetdən 7000 işıq ili uzaqlığında yerləşir. Sözügedən kosmik obyektin mövcud olub-olmadığını insanlar təqribi olaraq 1000 ildən sonra öyrənə biləcəklər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта