AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Meta-nın süni zəka əsaslı tərcüməçisi yazı sisteminə sahib olmayan dilləri tərcümə etməyi öyrənib

21.10.2022 /

Dünyada bilinən 7000 dildən 2.8 min dil yazı sisteminə sahib deyil. Bu cür dillər machine learning alqoritmləri əsasında çalışan müasir tərcümə sistemləri üçün uyğun gəlmir. Çünki adətən kompüterlər danışıq dilini sonradan növbəti dilə tərcümə etmək üçün onu yazılı dilə çevirirlər. Görünür, Meta şirkəti bu problemin həll yolunu tapa bilib. Meta tərəfindən hazırlanmış Universal Speech Translator (UST) adlı sistem çərçivəsində müəyyən dildə olan şifahi nitq digər dilin şifahi nitqinə tərcümə olunur. Bunun sayəsində metakainatın gələcək istifadəçiləri rahatlıqla öz aralarında qarşılıqlı əlaqədə ola biləcəklər.

Bu layihə çərçivəsində mütəxəssislər Tayvanın rəsmi dillərindən biri hesab edilən hokkien dialektinə müraciət ediblər. Bu dialekt Asiyada geniş yayılsa da öz yazı sisteminə sahib deyil. Machine learning alqoritmləri əsasında çalışan tərcümə sistemlərinin məşq etdirilməsi üçün adətən müəyyən dilin həm şifahi həm də yazılı nümunələri lazımdır. Bu cür məhdudiyyətlərdən yan keçmək üçün speech-to-unit translation (S2UT) adlı modeldən istifadə edilir. Bu model çərçivəsində şifahi nitq real zaman ərzində akustik vahidlərə çevrilir.

Yazı sisteminə sahib olmayan dildəki şifahi nitq ilk növbədə doğma hesab edilən və yazı sisteminə sahib olan vasitəçi dilə mətn formatında (hokkien dialekti misalında vasitəçi dil qismində mandarin dialekti çıxış edir) konvertasiya edilir. Konvertasiya edilmiş mətni daha sonra ingilis dilinə tərcümə etmək olar. Hal hazırda Meta-nın bu sistemi hokkien dialektində danışanlar ilə ingilis dilində danışanlar arasında məhdud ünsiyyəti təmin edir. Sistem bir dəfəyə bir cümləni tərcümə edə bilir. Lakin Mark Zuckerberg əmindir ki, yaxın gələcəkdə bu sistem müxtəlif dillərdə istifadə ediləcək və real zaman ərzində ünsiyyət qurmağa imkan verəcək.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта