Cari tədris ilinin payız sessiyasında 2659 nəfər təhsil tələbə krediti alıb
28.10.2022 /2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, bu günə qədər 5241 nəfər kredit almaq üçün müraciət edib. Onlardan 1084 nəfərin müraciəti natamam olub. 601 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 495 nəfərin müraciətinə imtina cavabı verilib, 402 nəfərin müraciəti isə banka yönləndirilib.
2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 2659 nəfərə TTK verilib. Onlar arasından 1010 nəfərin müraciəti sosial TTK, 1649 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.