AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

UNEC-də texniki və texnoloji istiqamətlər üzrə 3 beynəlxalq konfrans öz işinə başlayıb

28.10.2022 /

UNEC-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Sakarya Universitetinin birgə təşkilatçılığı ilə “VI Beynəlxalq Türk Dünyası Kimya Elmləri və Texnologiyaları”, “V Humik Turşular” və “IV Təbiət Elmləri, Mühəndislikdə İxtiralar” mövzuları üzrə 3 beynəlxalq  konfransın açılışı olub.

Konfransda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev və bir qrup sözügedən müəssisənin əməkdaşları, həmçinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov iştirak ediblər.

Konfrans iştirakçıları öncə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək,  əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tələbələrin UNEC-in Qida mühəndisliyi texnologiyaları laboratoriyasında hazırladıqları qida məhsulları ilə tanış olublar.

Tədbirin açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov Türk Dünyası dövlətlərinin iştirakı ilə keçirilən konfransların əsas məqsədinin iqtisadi artımın dayanıqlı inkişafını təmin etmək üçün yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin inkişaf etdirilməsi, yeni yaradılan yerli məhsulların rəqabət qabiliyyətliliyinin və keyfiyyət göstəricilərinin artırılmasından ibarət olduğunu bildirib. Rektor texniki və texnoloji istiqamətlər üzrə 3 gün davam edəcək konfranslar çərçivəsində 19 ölkədən 50-dən artıq universitet və elmi-tədqiqat müəssisələrinin nümayəndələrinin 250-yə yaxın məruzəsinin dinləniləcəyini bildirib. Ədalət Muradov bəşəriyyətin ehtiyac duyduğu yeni texnologiyaların işlənib hazırlanmasının və inkişafının mühəndislik, araşdırma və elmi tədqiqatlarla mümkünlüyünü diqqətə çatdıraraq, son illər UNEC-də mühəndislik və tətbiqi elmlər sahəsində bazanın əhəmiyyətli şəkildə gücləndirildiyini qeyd edib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ölkə ali təhsil müəssisələrinin elmi tədqiqat universitetlərinə çevrilməsinin prioritet sahələrdən olduğunu qeyd edərək, UNEC-in bu istiqamətdə ciddi addımlar atdığını bildirib. Nazir müşaviri əmək bazarının tələblərindən, universitet, sənaye və iş dünyası ilə birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Konfransda çıxış edən Sakarya Universitetinin professoru, konfransın koordinatoru Ahmet Tutar, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rıza Altuner, konfransın sədri, UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, kafedra müdiri, professor Rövnəq Rzayev Türk Dünyasının alimlərinin bir araya toplaşdığı konfransda müzakirə olunacaq mövzuların, ortaq layihələrin həyata keçirilməsinin texniki və texnoloji sahələrin inkişafında faydalı olacağını qeyd ediblər. Konfransların dünyanın müxtəlif ölkələrindən nüfuzlu mütəxəssislər, elm adamları, tədqiqatçılar və iş adamları üçün tətbiqi elmlər, kimya texnologiyaları və mühəndislik sahələrində innovativ texnologiyaları araşdırmaq, paylaşmaq və yeni əməkdaşlıqları inkişaf etdirmək üçün əvəzsiz bir platforma olduğunu diqqətə çatdırıblar.

 

science.gov.az

 

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта