AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

James Webb teleskopu ən qədim qalaktika adına namizəd olan yeni qalaktikanı kəşf edib

21.11.2022 /

NASA-nın verdiyi məlumata əsasən James Webb kosmik teleskopu kainatın ən erkən qalaktikalarını aşkar edib. Məlumata əsasən onlardan biri Böyük partlayışdan cəmi 350 milyon il sonra yaranıb. Alimlər James Webb tərəfindən əldə edilmiş yeni məlumatlara əsaslanaraq düşünürlər ki, kainatdakı ilk qalaktikalar Böyük partlayışdan 200 milyon il sonra formalaşmış ola bilərlər. Bu isə astronomların əvvəllər düşündüklərindən daha tezdir. Bu cür qalaktikalar hələ kəşf edilməyib. Lakin James Webb-in, kainatın 2 ən erkən qalaktikasını aşkar etdiyinə dair sübutlar mövcuddur. Məlumatda qeyd edilib ki, kəşf edilmiş qalaktikalardan biri Böyük partlayışdan 350 milyon il sonra, digəri isə 450 milyon il sonra formalaşıb.

Süd Yolundan fərqli olaraq bu qalaktikalar daha kompakt ölçüdədirlər. Bundan əlavə olaraq onlar çox güman ki, bizim spiral formalı qalaktikamızdan fərqli olaraq sferik və ya disk formasındadırlar. Böyük partlayışdan 350 milyon sonra yaranmış qalaktika GLASS-z12 adını əldə edib. İndiyənə kimi rəsmi olaraq ən qədim qalaktika GN-z11 adlı qalaktika hesab edilirdi. Məlumata əsasən o, Böyük partlayışdan 400 milyon il sonra formalaşıb. GN-z11 adlı qalaktika 6 il bundan öncə Hubble teleskopu vasitəsilə kəşf edilib. GLASS-z12 isə hələ ki, ilkin məlumatlar üzrə ən qədim qalaktika hesab edilir.

Alimlərin sözlərinə əsasən James Webb bu məsələdə əlavə müşahidələr aparmalıdır və yalnız ondan sonra yekun bir nəticəyə gəlmək mümkün olacaq. Bununla yanaşı NASA-nın sözlərinə əsasən alimlər James Webb tərəfindən əldə edilmiş məlumatlarda daha erkən və uzaq qalaktikaların mövcudluqlarına dair sübutlar aşkar ediblər. Lakin həmin kosmik obyektlərin hamısı hələ ki, yalnız namizəd rolunda çıxış edirlər. Digər tərəfdən həmin qalaktikalar o qədər də uzaq məsafədə yerləşməyə bilərlər. Bunu təyin etmək üçün əlavə müşahidələr aparmaq lazımdır. Bunun üçün isə müəyyən zaman lazımdır. 

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта