AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq konfransı

25.11.2022 /

Noyabrın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) “Avrasiyada dinamik enerji landşaftı: Enerji təhlükəsizliyinə qlobal təhdidlər, regional problemlər və imkanlar” mövzusunda 3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq konfransı öz işinə başlayıb.

 

10 ölkədən 500-ə yaxın nümayəndənin iştirak etdiyi konfrans AzTU və Türkiyənin Boğaziçi Universitetinin təşkilatçılığı ilə keçirilir.

 

Giriş nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, konfransın əsas məqsədi biznes, hökumət və akademik qurumların iştirakı ilə Avrasiya regionunda enerji və dayanıqlı inkişafla bağlı problemləri müzakirə edərək müəyyən həll yolları və təkliflər müəyyənləşdirməkdir. 

 

Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki, bu gün enerji məsələləri qlobal miqyasda həm siyasi, həm də iqtisadi cəhətdən aktual mövzuya çevrilib. Avrasiyanın enerji sektorunda baş verən geosiyasi proseslər qlobal enerji bazarlarına birbaşa təsir etməklə yeni meyllər yaradır və dayanıqlı, hamı üçün əlçatan enerji təchizatının vacibliyini göstərir.

 

İşğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işləri aparıldığını diqqətə çatdıran Firudin Qurbanov qeyd edib ki, həmin ərazilərdə dayanıqlı enerji təchizatı məsələləri prioritet işlər sırasındadır. İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zona yaradılacaq və müasir texnologiyalara əsaslanan təmiz enerji istehsalı və təchizatı həyata keçiriləcək. Enerji sahəsində bu cür çağırışların ali təhsil müəssisələri qarşısında yeni tədqiqat vəzifələri qoyduğunu əlavə edən nazir müavini konfransın qeyd olunan əhəmiyyətli sahəyə töhfə verəcəyinə inamını ifadə edib. 

 

Çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayan Firudin Qurbanov Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi, akademik sahədə də inkişaf etdirilməsinin ölkələrimizin birgə elmi potensialının gücləndirilməsinə xidmət etməli olduğunu vurğulayıb. 

 

Konfransda çıxış edən digər qonaqlar konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans Azərbaycanda və bütövlükdə Avrasiya məkanında enerji sənayesinin yeni problemlərini dövlət, akademik və biznes nümayəndələri ilə daha geniş auditoriyalarda müzakirə etmək, müasir qlobal sənaye tendensiyalarını təhlil etmək və ən yaxşı beynəlxalq təcrübələri öyrənmək üçün zəruri platforma rolunu oynayacaq.

 

Qeyd edək ki, iki gün davam edəcək konfransın bölmə iclaslarında “Avrasiyanın enerji sektoruna geosiyasi təsirlər”, “Son dövrlərdə qlobal enerji bazarlarında baş verən meyllər”, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində təmiz enerji hədəflərinə nail olmaq üçün enerji siyasəti”, “Təmiz enerjiyə keçidin dəstəklənməsi” və digər mövzular ətrafında müzakirələr aparılacaq.

edu.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта