AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

ABŞ termonüvə sintezi zamanı böyük həcmdə enerjinin əldə olunduğunu təsdiqləyib

15.12.2022 /

Dünən xəbər ortaya çıxmışdı ki, amerikalı alimlər termonüvə energetikası sahəsində inqilabi nailiyyətə imza atıblar. Məlumatda qeyd edilmişdi ki, alimlər termonüvə sintezi zamanı onun işə salınması üçün sərf edilmiş enerji miqdarından daha çoxunu əldə etməyi bacarıblar. İndi isə ABŞ-ın Energetika Nazirliyi bu xəbəri rəsmi şəkildə təsdiqləyib. Rəsmi məlumatda qeyd edilib ki, Livermor Milli Laboratoriyasının mütəxəssisləri həqiqətən də termonüvə alovlanmasına nail ola biliblər. Bu, termonüvə sintezinin özü-özünü dəstəkləyən reaksiyasıdır və bu reaksiya çərçivəsində termonüvə sintezinin işə salınması üçün sərf edilmiş enerjidən daha çox enerji əldə edilir. Onilliklər ərzində termonüvə sintezi üzrə aparılmış müxtəlif təcrübələr çərçivəsində heç kim bu cür nailiyyəti əldə edə bilməmişdi. İndiyənə kimi aparılmış təcrübələr çərçivəsində termonüvə sintezinin işə salınması üçün sərf edilmiş enerjini yalnız kompensasiya edə bilən miqdarda enerji əldə edilib.

Lakin amerikalı alimlər termonüvə energetikası sahəsində bu cür inqilabi nailiyyəti əldə edə bildilər. Qeyd etmək lazımdır ki, 5 dekabr tarixində reallaşdırılmış təcrübə Livermor Milli Laboratoriyasına məxsus olan National Ignition Facility (NIF) kompleksində keçirilib. Təcrübə çərçivəsində özündə 192 ədəd lazeri birləşdirən dünyanın ən böyük lazer qurğusu yanacaq ilə dolu olan kiçik ölçülü kapsula 2.5 MC (meqacoul) enerji ötürərək onu qızdırıb. Nəticədə alimlər termonüvə sintezi reaksiyası nəticəsində 3.15 MC enerji əldə edə biliblər. Yəni alimlər termonüvə sintezinin reallaşdırılması üçün sərf edilmiş enerjidən 1.5 dəfə daha çox enerji əldə ediblər. Termonüvə sintezi iki yüngül atom nüvəsinin bir vahid ağır nüvədə birləşməsi reaksiyasıdır. Bu reaksiya zamanı böyük həcmdə enerji yaranır. Bu proses həmçinin ulduzlarda da baş verir.

Hələ keçən əsrin 60-cı illərində alimlər güman etmişdilər ki, sintez reaksiyasının işə salınması üçün lazerlərdən istifadə etmək olar. Onlar düşünürdülər ki, sintez reaksiyasının işə salınması üçün lazerlər vasitəsilə yüksək təzyiq ilə temperatur vəziyyətini yaratmaq olar. Nəticədə bu üsul ətalət saxlanmasına sahib idarəolunan termonüvə sintezi adını əldə etdi və illər sonra onu laboratoriya şəraitində reallaşdırmaq mümkün olub. Termonüvə sintezi reaksiyasını reallaşdırmaq üçün yanacaq ilə dolu olan kiçik ölçülü kapsul xüsusi kamera daxilinə yerləşdirilib. Xüsusi kameranın divarları isə lazer şüalarını rentgen şüalarına çevirmə bacarığına sahibdirlər. Nəticədə rentgen şüaları yanacağı partlama səviyyəsinə kimi sıxır. Partlama nəticəsində yüksək təzyiqə və temperatura sahib plazma əmələ gəlir. Termonüvə energetikasının adi energetika səviyyəsinə çatması üçün illərlə zaman lazımdır. Lakin bununla belə ilk uğrulu termonüvə reaksiyası bu yolda atılan böyük bir addımdır. Termonüvə enerjisi ənənəvi yanacaq növlərini və atom elektrostansiyalarını əvəz edə bilər. 

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта