AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

MEK “Zəfər tariximizin müzəffər sərkərdəsi” adlı virtual sərgi hazırlayıb

26.12.2022 /

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günü münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarındakı nəşrlər əsasında “Zəfər tariximizin müzəffər sərkərdəsi” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Prezident İlham Əliyevin həyatı, siyasi fəaliyyətini özündə əks etdirən dəyərli nəşrlər yer alıb. Onların sırasında “Azərbaycan: güclü regional mərkəz”, “Şanlı tarix qəhrəmanlıq salnaməsi”, “Zəfərə aparan yol”, “Dövlət quruculuğu”, “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri”, “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri”, “Zəfərə aparan illər”, “Türk dünyasının yeni lideri”, “Xilaskarlar”, “İlham Əliyev: Bizim siyasətimiz bizim işimizdir”,  “Yeni dövrə yeni liderlə”, “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu”, “Böyük yolun davamçısı”, “Prezident İlham Əliyev və mədəniyyət” 2 cilddə, “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)”, “İlham Əliyev bu günün və gələcəyin uğur faktorudur”, “Qarabağ Azərbaycandır! Zəfər epopeyası”, eləcə də MEK-in 44 günlük II Qarabağ müharibəsinə həsr edilmiş və dövri mətbuat materialları əsasında tərtib olunan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici yer alıb.

Azərbaycan, türk, rus, ingilis dillərində olan nəşrlərdə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən, milli ideyaların gerçəkləşdirilməsindən söhbət açılır. Həmçinin möhtəşəm tarixi Zəfərlə bütün dünyaya ölkəmizin gücünü, haqq və ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uğurundan bəhs olunur.

Qeyd edək ki, virtual ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil edilib.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта