AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

James Webb kosmik teleskopu ilk ekzoplanetini kəşf edib

16.01.2023 /

Alimlər rəsmi olaraq təsdiqləyiblər ki, James Webb kosmik teleskopu öz ilk ekzoplanetini kəşf edib. Kəşf edilmiş ekzoplanet LHS 475b adını əldə edib. Məlumatda qeyd edilib ki, sözügedən ekzoplanetin diametri Yer kürəsi diametrinin 99%-nə bərabərdir. NASA-nın Transiting Exoplanet Survey Satellite (TESS) adlı aparatı vasitəsilə aparılmış müşahidələr bu ekzoplanetin mövcudluğuna işarə edəndən sonra alimlər James Webb vasitəsilə əlavə müşahidələr aparıblar və ekzoplanetin həqiqətən də mövcud olduğunu təsdiqləyiblər. Hal hazırda aktiv olan bütün teleskoplardan yalnız James Webb Yer kürəsi ölçüsündə olan planetlərin atmosferlərinin spektral analizlərini aparmaq imkanına sahibdir. Lakin teleskopun sahib olduğu təchizatlar vasitəsilə hələ ki, ekzoplanetin Yer kürəsi ölçüsündə olduğunu təsdiqləmək mümkün olub. Onun tərkibini və hətta atmosferə sahib olub-olmaması hələ təyin edilməyib.

Bununla belə alimlər təsdiqləyiblər ki, LHS 475b dəqiq şəkildə metan tərkibli sıx atmosferə sahib deyil. Bununla belə heç istisna deyil ki, ekzoplanet CO2 qazı tərkibli atmosferə sahibdir. LHS 475b-nin ümumiyyətlə atmosferə sahib olmadığı da mümkün ola bilər. Bunu təsdiqləmək üçün alimlər əlavə müşahidələr aparmalı olacaqlar. James Webb vasitəsilə əldə edilmiş məlumatlara əsasən sözügedən yeni ekzoplanetin səthində temperatur Yer kürəsi səthindəki temperaturdan bir neçə yüz dərəcə yüksəkdir. Bununla yanaşı alimlər qeyd ediblər ki, LHS 475b öz ulduzu ətrafında tam dövrü 2 günə reallaşdırır. Ekzoplanet öz ulduzuna çox yaxın məsafədə yerləşsə də, onun ulduzu qırmızı cırtdan sinifinə daxildir. Bu isə o deməkdir ki, onun temperatur göstəricisi Günəşin temperatur göstəricisinin yarısına bərabərdir. LHS 475b Yer kürəsindən 41 işıq ili uzaqlığında Oktanta bürcündə yerləşir.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта