AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

25.01.2023 /

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər. Kəşf edilmiş ekzoplanetin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun daxilində nüvə sintezi gedir. Sözügedən ekzoplanet Yer kürəsindən 130 işıq ili uzaqlığında yerləşən HD 206893 adlı ulduzdan 483 milyon km aralıda olan orbitdə aşkar edilib. Məlumatda qeyd edilib ki, HD 206893 adlı ulduz bizim Günəşdən 30% daha böyükdür. Məlumdur ki, bu ulduz protoplanet diskinə (cavan ulduzun ətrafında dövr edən və sıx qazdan ibarət olan disk) sahibdir. Bu isə o deməkdir ki, onun ətrafında planetlər hələ formalaşma prosesindədirlər. Avropa Kosmik Agentliyinə məxsus olan Gaia adlı kosmik teleskop ulduzlu səmanın dəqiq müşahidəsini aparmağa imkan verir və ilk növbədə qalaktikanın 3D modelinin yaradılması üçün nəzərdə tutulub.

Gaia tərəfindən əldə edilmiş məlumatlardan istifadə edərək alimlər Çilidə yerləşən Very Large Telescope adlı teleskop kompleksinin sahib olduğu GRAVITY adlı aləti işə salıblar. Onlar bunu sözügedən ulduz sistemində yeni ekzoplanetin mövcud olub-olmadığını təsdiqləmək üçün ediblər. Nəticədə yeni ekzoplanetin mövcudluğu təsdiqlənib və ona HD 206893c adı verilib. Alimlərin aparmış olduqları müşahidələr çərçivəsində həmçinin ekzoplanetin atmosferinin işıq spektri analiz edilib. Nəticədə alimlər güman ediblər ki, ekzoplanetin daxilində deyteriumun (hidrogen izotoplarından biri) iştirakı ilə nüvə sintezi gedir. Məlumatda qeyd edilib ki, HD 206893c adlı yeni ekzoplanetin kütləsi Yupiterin kütləsindən 13 dəfə daha böyükdür.

Onun nəhəng ölçüsü və daxilində nüvə sintezinin getmə faktı ona işarə edir ki, o, planet və qəhvəyi cırtdan sinifinə daxil olan ulduz arasındakı aralıq mərhələsindədir. Bu cür obyektlər adətən adi ulduz kimi formalaşırlar. Lakin onların kütlələri onları adi ulduzlar sinifinə daxil etmək üçün kifayət qədər böyük olmurlar. Bu kəşf onu göstərir ki, Gaia teleskopu potensial ekzoplanetlərin aşkar edilməsi imkanına sahibdir. Daha sonra bu cür kosmik obyektlər James Webb kosmik teleskopu kimi digər teleskoplar vasitəsilə daha detallı şəkildə analiz edilə bilərlər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта