“Heydər Əliyev -100” adlı kitab sərgisi açılıb
26.01.2023 /Bakı Dövlət Universitetinin (BDU) “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı çərçivəsində Elmi Kitabxanada “Heydər Əliyev – 100” adlı kitab sərgisi təşkil edilib.
BDU-dan bildirilib ki, ümumilikdə 100-dən çox kitabın yer aldığı sərgidə müasir Azərbaycanın qurucusu və memarı, Ulu Öndər, BDU-nun ən böyük məzunu Heydər Əliyevin mənalı, zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən kitablar və digər nəşrlər nümayiş etdirilir.
Sərgi ilin sonunadək davam edəcək.