AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

DİM-də dövlət qulluğunun inkişafına dair strategiyanın 2023−2025-ci illərdə icrası üzrə fəaliyyət planının müzakirəsinə həsr olunan tədbir keçirilib

02.02.2023 /

2023-cü il 2 fevral tarixində DİM-in inzibati binasında dövlət orqanlarının kadr qurumlarının dövlət qulluğu sahəsində həyata keçirilən institusional islahatlarda fəal iştirakının təmin edilməsi, dövlət orqanları ilə Mərkəz arasında əməkdaşlığın və təcrübə mübadiləsinin artırılması, habelə Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı yaranan çətinliklər və onların həlli yollarının müzakirə edilməsi məqsədilə tədbir təşkil edilib.

Tədbirdə 35 dövlət orqanından 40-dan çox nümayəndə, beynəlxalq ekspertlər, Mərkəzin rəhbərliyi və dövlət qulluğu sahəsində fəaliyyət göstərən struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər, dövlət qulluğunun inkişaf istiqamətləri və prinsipləri, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş tədbirlər, habelə Strategiyanın 2023-2025-ci illər üzrə Fəaliyyət Planının icra vəziyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra DİM-in əməkdaşları və beynəlxalq ekspertlər tərəfindən dövlət qulluğu sahəsində aşağıdakı mövzularda təqdimatlar edilib:

 

  •  “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi barədə məlumat;
  • “Dövlət qulluğunda səriştə modeli və səriştələrin təsviri”;
  • “Dövlət qulluğunda vəzifə profilləri”;
  • “Dövlət qulluğu sahəsində təlimlər”;
  • “Dövlət qulluğu qanunvericiliyinin tətbiqinə dair hesabat”.

 

Tədbirin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, dövlət qulluğunda səriştə modeli, dövlət qulluğu vəzifələrinin qruplaşdırılması və vəzifə profillərinin hazırlanması, dövlət qulluqçuları üçün təlimlərin təşkili ilə bağlı müzakirələr edilib, eyni zamanda dövlət orqanı nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı” təsdiq edilmiş və Mərkəzə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi tapşırılmışdır.

Fəaliyyət Planında dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi, institusional islahatların həyata keçirilməsi, dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi və digər vacib sahələr üzrə tədbirlər müəyyən edilmişdir.

 dim.gov.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта