“SpaceX” Marsa uçacaq raketini sınaqdan keçirdi
10.02.2023 /İlon Maskın “SpaceX” şirkəti insanları Marsa çatdırmalı olan ən güclü yeni “Starşip” raketinin yer sınağını keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Məlumata görə, sınaqlar zamanı 33 birinci pilləli mühərrikdən 31-i uğurla işlənib. Biri işə salınmayıb, biri isə startdan dərhal sonra dayanıb.
Mühəndislərin fikrincə, raketi orbitə çıxarmaq üçün 31 mühərrik kifayət edir.