NASA dünyaya təsir edən günəşdəki partlayışı çəkdi
15.02.2023 /Beynəlxalq Okean və Atmosfer İdarəsi (NOAA) partlayışın X1.1 sinifində, yəni çox güclü olduğunu açıqlayıb.
NOAA-nın məlumatına görə, partlayış dünyanın müxtəlif bölgələrində, xüsusən də Cənubi Amerikada radioların kəsilməsinə səbəb olub.
Qeyd edək ki, Günəşdəki partlayış və ləkələrin minimum səviyyəyə endiyi dövrlərə “solar minimum”, ləkələrin artdığı və partlayışların tez-tez baş verdiyi dövrlərə isə “sokar maksimum” deyilir. Günəş hər 11 ildən bir bu fazalar arasında dəyişir.
2025-ci ildə günəşin maksimum fazası öz zirvəsinə çatacaq. Bu səbəbdən elm adamları 2025-ci ildə güclü partlayışların Yer kürəsinə təsir edəcəyini gözləyirlər.