AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

87 işıq ili uzaqlıqda nəhəng ekzoplanet aşkar edilib

22.02.2023 /

Astronomlar Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən Çox Böyük Teleskopunda (Very Large Telescope - VLT) quraşdırılmış SPHERE cihazından istifadə edərək AF Leporis (HD 35850) ulduz sistemində yerləşən qaz nəhənginin şəklini çəkib. Yerdən 87 işıq ili uzaqlıqda yerləşən ekzoplanetin ulduzu demək olar ki, Günəşin tam analoqudur.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, tədqiqat işi ilə bağlı məqalə "Astronomy and Astrophysics" jurnalında dərc olunub və arxiv.org servisinə yerləşdirilib.

Müəlliflərin sözlərinə görə, artıq bir neçə ildir ki, Avropa Kosmik Agentliyinin “Hipparcos” və “Gaia” peykləri bizim qalaktikamızda ulduzların mövqeyini və hərəkətini dəqiq müəyyənləşdirib. Planetlərin öz ulduzlarına qravitasiya təsiri göstərərək onların trayektoriyalarını dəyişdirdikləri məlumdur. Məhz bu təhrif AF Leporis ulduzunda da müşahidə olunurdu ki, bu da onun sistemində ekzoplanetin mövcudluğunu göstərirdi.

Qeyd edək ki, aşkar olunan planet Yupiterdən 4 dəfə böyük, kütləsi isə 4,3 dəfə massivdir. Ekzoplanet öz ulduzundan Saturn yerləşdiyi məsafədə yerləşir. Hesablamalar göstərir ki, planet indiyə kimi aşkar olunan sıxlığı ən kiçik ekzoplanetdir. Həmçinin ulduzun ətrafında Koyper qurşağına bənzər disk olduğu da qeyd edilir.

AF Leporis sisteminin tədqiqi davam etdirilməsi, Günəş sisteminin formalaşmasını öyrənmək üçün çox gözəl nümunədir. Çünki cəmi 24 milyon il yaşı olan bu gənc ulduz Günəşin protoptipidir.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта