AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

“Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransı başa çatıb

23.02.2023 /

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransı öz işini yekunlaşdırıb. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, eləcə də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan dilinin İKT problemləri ilə bağlı müxtəlif aktual problemləri əhatə edən 60-a yaxın məruzə təqdim olunub.

 

Bağlanış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov konfransın ölkəmizdə Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemlərinin müzakirəsi və həll yollarının müəyyənləşdirilməsi üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

Ə.Sadıqov seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirib, aparılan elmi tədqiqatlarda mühüm nəticələrin əldə olunduğunu qeyd edib.

 

Alim konfransın yüksək səviyyədə təşkilində göstərdiyi dəstəyə görə İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə və Təşkilat Komitəsi üzvlərinə təşəkkürünü bildirib.

 

Sonra seksiya iclaslarının sədrləri – AMEA-nın müxbir üzvləri Məsumə Məmmədova, Ramiz Alıquliyev, Kamil Ayda-zadə, Əminağa Sadıqov, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova konfransın Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemlərinə dair geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, ölkədə bu sahədə mövcud problemlərin həlli və yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından böyük önəm daşıdığını bildiriblər.

 

İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək, olduqca aktual məsələlərə həsr olunmuş konfransın təşkilatçılarına dərin minnətdarlığını bildirib. O, tədbirin seksiya iclaslarında müzakirə olunan məsələlərin Azərbaycan dili ilə bağlı problemlərin və perspektivlərin müəyyənləşdirilməsi, eyni zamanda bu istiqamətdə geniş əməkdaşlıq əlaqələrinin təşkilinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev konfransın qloballaşma və virtuallaşma proseslərinin, texnoloji innovasiya və rəqəmsal transformasiyaların sürətləndiyi hazırki şəraitdə elmi-nəzəri və praktiki sahələrdə aparılan tədqiqat və görülən işlərin müzakirəsi üçün texniki və humanitar elmlər sahəsinin alim və mütəxəssislərinin bir araya gəlməsi, “Azərbaycan dili və İKT problemləri”nin prioritet elmi istiqamət kimi tanınması və müvafiq sahələrdə sistemli tədqiqatların aparılmasına diqqətin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

O, konfransın plenar iclasında və müxtəlif seksiyalarında respublikanın elm və təhsil ictimaiyyətinin aidiyyəti üzrə mütəxəssislərinin iştirakı ilə Azərbaycan dilinin İKT problemləri və İKT-nin Azərbaycan dili problemləri istiqamətində aparılan tədqiqatların müzakirə olunaraq prioritetlərin müəyyənləşdirildiyini və bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb.

 

H.Quliyev konfransın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib, səmərəli müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin müvafiq sahədə mövcud problemlərin həllində vacib rol oynayacağına inamını bildirib.

ict.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта